Dövlət katibinin köməkçisinin müavini Coşua Hak deyib ki, ABŞ Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu”nun Çinin “Gürcüstan üçün müvafiq strateji tərəfdaş” olması barədə qərarına təəccüblənir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Konqresdəki dinləmələr zamanı Respublikaçı konqresmen En Vaqner Coşua Hakdan Anaklia Dərin Su Limanı layihəsi haqqında soruşub. Onun sözlərinə görə, may ayında Gürcüstan hökuməti Qara Dəniz sahilində limanın tikintisi üzrə tenderdə Çin konsorsiumun qalib gəldiyini açıqlayıb. “Anaklianın strateji yerləşməsi onu Si Cinpinq üçün mühüm layihəyə çevirir” deyən konqresmen bu məsələdən narahat olduğunu bildirib.
“Narahatlığınızla tam şərikəm. Bizi təəccübləndirən odur ki, “Gürcü Arzusu” hökuməti Rusiyanın, məhz bu anda beynəlxalq hüququ pozaraq Gürcüstan ərazisinin 20%-ni qanunsuz olaraq işğal altında saxlayan ölkənin Ukraynaya qarşı davam edən qəddar işğalını maliyyələşdirən Çinin Gürcüstan üçün müvafiq strateji tərəfdaş olduğuna qərar verib. Bu, bizi təəccübləndirir. Bu, Gürcüstan hökuməti ilə çox aydın şəkildə müzakirə etdiyimiz bir şeydir”, - Coşua Hak bildirib.
Dövlət katibinin məsləhətçisinin müavini qeyd edib ki, Gürcüstan hökuməti Çinlə tərəfdaşlığın iqtisadi faydalarının dəyərini - Çindən asılılıq risklərini və iqtisadi məcburiyyəti nəzərə almalıdır.
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili iyulun 16-da bildirib ki, Gürcüstanın Çinlə əməkdaşlığının dərinləşdirilməsi Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə əməkdaşlığa alternativ deyil. İvanişvilinin sözlərinə görə, “əksinə, bu, növbəti illərdə daha da dərinləşdirilməli olan ümumi əməkdaşlıq üçün tamamlayıcı amildir”.
2023-cü ilin yayında keçmiş baş nazir İrakli Ğaribaşvili və Çin prezidenti Si Cinpin strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. O vaxtdan bəri iki ölkə arasında vizasız gediş-gəliş yaradılıb. 29 may 2024-cü ildə Gürcüstanın İqtisadiyyat Naziri Levan Davitaşvili bəyan edib ki, Anaklia dərin su limanı strateji layihəsində özəl investor Çinin “China Communications Construction Company Limited” (CCCC) konsorsiumu olacaq. Amerika Birləşmiş Ştatlarının sanksiyasına məruz qalan “CCCC” strateji layihədə 49% paya sahib olacaq. ABŞ-ın Gürcüstandakı səfiri Robin Daniqan bildirib ki, “CCCC”nin əksər hissələri Çin Kommunist Partiyasına məxsusdur. “Çin Kommunist Partiyası bu gün Rusiya ordusunun bir nömrəli bankiri, bir nömrəli maliyyəçisidir. Beləliklə, bir sual yaranır ki, işğalçınızı maliyyələşdirən partiya ilə iqtisadi əlaqələri niyə dərinləşdirirsiniz? Çünki Rusiya ordusu Çin Kommunist Partiyası tərəfindən maliyyələşdirilir”, - ABŞ səfiri bildirib. Amerikalı diplomatın bu bəyanatını Çinin Gürcüstandakı səfirliyi absurd adlandırıb.