“Dövlət Təhlükəsizliyi Xidməti məsələ ilə bağlı araşdırmalara başladığını açıqladı. Bu eşitdiyimiz təbii ki, ciddi ittihamdır və digər tərəfdən, bu, Gürcüstanın bu cür sanksiyaya məruz qalan ilk vətəndaşıdır. Odur ki, DTX özü bu məsələ üzərində işləyir, digər tərəfdən, amerikalı tərəfdaşlara bu qərarın əsasını təşkil edən dəlilləri çatdırmaq üçün müraciət edir və biz Gürcüstan cəmiyyətinin bu proses barədə tam məlumatlı olacağını dedik”, - Gürcüstanın keçmiş baş prokuror Otar Partsxaladzeyə sanksiya tətbiq edilməsi ilə bağlı parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun sözlərinə görə, son 10 ildə Partsxaladzenin siyasətlə və ya dövlət qulluğu ilə heç bir əlaqəsi olmayıb.
Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirmişdi ki, Partsxaladzeyə qarşı sanksiyalar məsələsi ilə bağlı Amerika Birləşmiş Ştatları daha çox məlumat yaymalıdır.
“Düşünürəm ki, ilk növbədə, ölkəmizin əhalisi layiqdir ki, Gürcüstan vətəndaşına sanksiya tətbiq edildiyini deyərkən və konkret ittihamdan danışarkən, onlar tərəfindən daha çox məlumat təqdim olunmalıdır. Biz araşdırmaya [Təhlükəsizlik Xidməti tərəfindən] başlandığı barədə danışarkən, yəqin ki, müvafiq qurum həmkarlarından məsələ ilə bağlı əlavə məlumat vermələrini xahiş edəcək.
Yadınızdadırmı, hakimlərin işində, vizaların məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilərkən, izahatda heç kim heç nə başa düşə bilmədi ki, bu qərar niyə verildi, nə ilə bağlı idi. Düçünürəm ki, heç olmasa, strateji tərəfdaşdan danışarkən və belə qərarlar qəbul edərkən ictimaiyyət səbəblərin nə olduğunu bilməlidir”, - Kaladze bildirib.
Sentyabrın 14-də məlum olub ki, ABŞ Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzeyə qarşı sanksiyalar tətbiq edib. Dövlət Departamentinin sənədində Partsxaladzenin adı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin [FSB] Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etmək üçün işləyən gürcü-rus oliqarxı kimi göstərilir.
Bu il aprelin 5-də ABŞ Dövlət Departamenti üç cari və bir keçmiş gürcü hakimi - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqelia və Valerian Tsertsvadzenin, habelə onların yaxın ailə üzvlərinin, əhəmiyyətli korrupsiya fəaliyyətlərində iştiraklarına görə ABŞ-a girişinə qadağa qoyub. Departamentinin izahatına görə, həmin şəxslər məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü vəzifələrindən sui-istifadə edərək qanunun aliliyinə və ictimaiyyətin Gürcüstanın məhkəmə sisteminə etimadına zərbə vurublar.