Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında Dövlət Təhlükəsizlik Xidmətinin bu gün yaydığı bəyanatla bağlı “USAID”in yerli ofisindən “şəffaf izahat” gözlədiyini bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bu ifadələr qabaqlayıcı, xəbərdarlıq xarakteri daşıyır, konkret sübut şəklindədir. Bir daha hər kəsi maksimum ayıqlıq nümayiş etdirməyə səsləmək istərdim. Belə dağıdıcı qüvvələrin sizə qalib gəlməsinə imkan verməyin.
Mart hadisələrini, tələbələrdən necə istifadə olunub, sonra tərk edildiyini yaxşı xatırlayırıq.
Əlbəttə belə də olacaq. Polislərə molotov kokteyli necə atdırıldı. Bütün bunlar onların planlaşdırılmış çirkin, antimilli, dövlət əleyhinə planlarıdır. Biz buna qarşı çıxacağıq və buna imkan verməyəcəyik. Bu anti-dövlət planlarını həyata keçirən hər kəs ən sərt şəkildə cəzalandırılacaq. Mən həmçinin ümid etdiyimi bildirmək istəyirəm ki, biz və ictimaiyyət “USAID”in yerli ofisindən düzgün, şəffaf izahat eşidəcəyik, çünki təəssüflər olsun ki, bu insanların onların dəvəti və maliyyəsi ilə gəldiyi məlum olub. Bu, əlbəttə ki, təəsüfləndirici faktdır, lakin biz onların rəsmi izahatlarını və məlumatlarını gözləyəcəyik. Bizim “USAID” ilə bir çox istiqamətlərdə uzun illər əməkdaşlığımız var. Ona görə də belə faktların baş verməsi təəssüf doğurur”, - deyə baş nazir bildirib.
DTX sentyabrın 18-də məlumat yayıb ki, müəyyən qrup bu ilin oktyabr-dekabr aylarında Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırır ki, bunun da yekun məqsədi zorakılıq yolu ilə hakimiyyəti dəyişməkdir.
Terrorla Mübarizə Mərkəzinin direktor müavini Baça Mqeladzenin sözlərinə görə, prosesin başlanması üçün Avropa Komissiyasının Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu ilə bağlı aralıq və Aİ-nin yekun rəyinin dərc edilməli olduğu dövr seçilib.
Oktyabrın 2-də DTX-da keçirilən brifinqdə bildirilib ki, Serbiyada fəaliyyət göstərən, Gürcüstanda gəncləri, vətəndaş fəallarını və qeyri-hökumət təşkilatlarını oktyabr-dekabr aylarında planlaşdırılan çevriliş üçün hazırlayan “Kanvas” təşkilatının üzvləri “USAID” proqramının dəvəti ilə gəlib.
Hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də “USAID”dən izahat tələb ediblər.