Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil - Paşinyan

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ermənistanın baş naziri Nikol Paşinyan Münhendə erməni icması ilə görüşü zamanı bir daha bəyan edib ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.

“Vəziyyət çətindir, bizim vəziyyətimiz də çətindir”, - deyə Paşinyan soydaşlarının Ermənistanın Ukrayna məsələsində hansı mövqedən çıxış etməsi ilə bağlı suala cavab verib. Onun sözlərinə görə, Rusiya və Ukrayna da daxil olmaqla Sovet İttifaqının 13 respublikasının qəbul etdiyi 1991-ci il Almatı Bəyannaməsi ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınması üçün əsas olmalıdır.

“Biz Almatı bəyannaməsini tanıyırıq, lakin bu, təkcə bizə şamil olunmur. Yeri gəlmişkən, onun təşəbbüskarları Rusiya və Ukraynadır. Hesab edirik ki, Almatı Bəyannaməsi respublikaların müstəqilliyinin və ərazi bütövlüyünün tanınması üçün əsasdır. Bizim məntiqimizə görə, Ukrayna ilə də belə olmalıdır, çünki bu sənəd hamımıza şamil olunur. Onu məhv etsək, hər şeyi məhv edirik.

Mən artıq demişəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil və bu, bizim səmimi mövqeyimizdir. Mən bunu ilk dəfə iki il əvvəl dedim və bu vəziyyətə təsir edə bilmədiyimiz üçün təəssüf edirik. Ukrayna xalqı bizim üçün dost xalqdır”, - Paşinyan bildirib.

Rusiya və Ermənistan uzun illərdir müttəfiqdirlər, Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşir, lakin son illər onlar arasında münasibətlər daha da pisləşib. Ermənistan Rusiya prezidenti Vladimir Putinin Ukraynada törətdiyi hərbi cinayətlərə görə həbsinə order verən Haaqa Məhkəməsinə qoşulub. Bu o deməkdir ki, Putin Ermənistana gələrsə, onu həbs etməlidirər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur