Ermənistan Milli Assambleyası (parlament) “Ermənistan Respublikası ilə Gürcüstan arasında vətəndaşların vizasız gediş-gəlişi haqqında” sazişi ratifikasiya edib. Sənəd, artıq Gürcüstan parlamenti tərəfindən ratifikasiya olunub və bu o deməkdir ki, tezliklə Gürcüstan və Ermənistan vətəndaşları pasport təqdim etmədən, sərhədi yalnız şəxsiyyət vəsiqəsi (ID vəsiqə) ilə keçə biləcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstanla əlaqələr ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir”, - Ermənistan xarici işlər nazirinin müavini, Mnaçakan Saparyan iyunun 26-da parlamentdə çıxışı zamanı bildirib.
Nazir müavininin izahatına görə, sənəd daimi yaşayış yerindən asılı olmayaraq Gürcüstan və ya Ermənistan vətəndaşının sərhədi keçdiyi tarixdən etibarən, Ermənistan və Gürcüstan vətəndaşının kimliyi və vətəndaşlığını təsdiq edən sənədlər əsasında, istənilən 180 gün ərzində 90 gündən çox olmayan müddətə ölkə ərazisinə vizasız daxil olmaq, tranzitlə qalmaq və ya ölkəni tərk etmək hüququna malik olmasını nəzərdə tutur.
İki ölkə arasında saziş 2023-cü il yanvarın 12-də imzalanıb, lakin onun qüvəyə minməsi üçün iki tərəfində ratifikasiyası gərəkli idi. İndiyədək Ermənistan və Gürcüstan vətəndaşları dövlətlərarası sərhədi öz pasportları ilə vizasız keçə bilirdilər.
Daxili İşlər Nazirliyinin statistik məlumatlarına görə, 2022-ci ildə Ermənistandan Gürcüstandan sərhəddini 1 018 771 nəfər keçib. Sərhəd keçidlərinin (girişlərinin) sayına görə, Ermənistan ilk üç ölkəarasınd olub və Rusiya (1 459 541) və Türkiyədən (1 030 199) geri qalıb. Ötən il Ermənistan turistlərin sayına görə də ilk üçlükdə idi. Milli Turizm Agentliyinin məlumatına görə, Gürcüstana 742 593 Ermənistan vətəndaşı səfər edib.