“Məntiqən düşünsək, əgər Rusiya vətəndaşı bura gəlsə və biznesi olsa, bəlkə də Putin daha ehtiyyatlı olacaq ki, daha az müdaxilə etsin və 2008-ci ildə etdiyi kimi bombalar yağdırmasın. Məntiqən düşünsək. Onun, belə demək mümkünsə, müharibəyə başlamasının səbəbi həmişə rusdilli vətəndaşlarını qorumaqdır və əgər onların indi burada biznesi olsa və o biznesi məhv etsə, mən bunu düzgün hesab etmirəm və onun öz xalqını bombalama məntiqini daha az məqbul hesab edirəm”, - deyə “Gürcü Arzusu”ndan Qori Bələdiyyə Məclisinin sədri Davit Razmadze yerli “TV Minitorinq” telekanalına müsahibəsində o bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2022-ci ildə Gürcüstanda 15 minə yaxın Rusiya şirkəti təsis olunub ki, bu da 2021-ci ilin göstəricisindən 16 dəfə çoxdur. Şirkətlərin 95%-i fərdi müəssisələrdir. 2022-ci ilə olan məlumata görə, Gürcüstanda ümumilikdə 22 400 Rusiya şirkəti olub və onların 66%-i Ukraynada müharibə başlayandan sonra qeydiyyatdan keçib.
Ötən il Rusiya vətəndaşları Gürcüstan banklarında 60 mindən çox hesab açıb və onların cari hesablarında və depozitlərində yerləşdirilmiş pul vəsaitlərinin həcmi 2021-ci illə müqayisədə təxminən 4 dəfə artaraq 2,8 milyard lariyə çatıb.
Rusiya prezidenti Vladimir Putin 2019-cu il iyunun 21-də Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların qadağan edilməsi ilə bağlı qərarını bu il, mayın 10-da ləğv edib. Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib.
Rusiyanın “Azimut” aviaşirkəti və Gürcüstanın “Georgian Airways” aviaşirkətləri mayın sonundan Moskva ilə Tbilisi arasında uçuşlar həyata keçirir. Əvvəlcə aviaşirkətlər gündə bir reys həyata keçirirdisə, iyulun 5-dən etibarən “Azimut” gündə iki dəfə uçur, iyulun 6-dan isə “Georgian Airways” həftədə dörd yeni reys əlavə edib. Rusiyanın digər aviaşirkəti “Red Wings” həftədə üç dəfə Moskva-Kutaisi istiqamətində, həftədə iki dəfə isə Soçi-Tbilisi istiqamətində uçuşlar həyata keçirir.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə (“Rosaviasiya”) Rusiya və Gürcüstan şəhərləri arasında həftədə 284 reys həyata keçirməyə icazə verilib. Söhbət Vladiqafqaz, Maxaçqala, Krasnodar, Nijni Novqorod, Samara və digər şəhərlərdən Tbilisi, Batumi və Kutaisiyə uçuşlardan gedir. Yeni uçuşlar həyata keçirmək üçün Rusiya aviaşirkətləri Gürcüstanın Mülki Aviasiya Agentliyindən icazə almalıdırlar.