“Gürcü Arzusu” bölgələrdə partiya fəalları və tərəfdarları ilə görüşlər keçirməyə başlayır. Bu barədə İrakli Ğaribaşvili bu gün “Gürcü Arzusu”nun sədri kimi keçirdiyi ilk brifinqdə bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mart ayından başlayaraq irəlidəki 100 gün ərzində 10 bölgəyə səfər etməyi planlaşdırıram. On bölgədə tədbirim olacaq. Mən partiyamızın nümayəndələri, rayonlar üzrə təşkilatların rəhbərləri, aktivimiz, əhalinin ehtiyacları ilə yerində tanış olmaq üçün onlarla görüşəcəm”, - deyə İrakli Ğaribaşvili bildirib.
Onun sözlərinə görə, görüşlərin əsas məqsədi seçkiqabağı təşviqata hazırlıq olacaq:
“Partiyamız seçkilərə hazırlaşmalıdır. Bizim bəyan etdiyimiz məqsədimiz bu seçkilərdə maksimum nəticə əldə etməkdir. Bunun üçün maksimum səfərbər olmaq, resurslarımızı, aktivlərimizi tam səfərbər etmək lazımdır ki, bu seçkilərdə güclü qələbə və güclü nəticə əldə edək. Məqsədimiz növbəti parlament seçkilərində konstitusiya çoxluğu əldə etməkdir”.
Bugünkü brifinqdə İrakli Ğaribaşvili müxalifət partiyalarına hücum edərək seçicilərin əksəriyyətinin “Gürcü Arzusu”nu dəstəklədiyini bildirib.
“Bu gün seçicilərimizin hansı alternativi var? Alternativ yenə işgəncə, zorlama, dəhşət, ölüm və müharibədir. Bunu “Milli Hərəkat” təklif edir və çox təəssüf ki, bütün partiyalar, o cümlədən dağılmış partiyalar bu partiyaya bağlıdır. Hər kəs onların oyununu oynayır, başqa oyun yoxdur. Hökumətin bir alternativi var, o da sülh, sabitlik, inkişaf, o cümlədən firavanlıq, digər tərəf isə səfalətdir. İki il əvvəl nə gündə olduqlarını unutmusunuz? Məqsədləri ikinci cəbhə açmaq, Ukraynalaşmaq, ölkəni məhv etmək idi. Biz buna imkan verməyəcəyik. Biz imkan verməyəcəyik ki, bu ölkənin satqınları və düşmənləri ölkəni ikinci dəfə məhv etsinlər”, - Ğaribaşvili.
İrakli Ğaribaşvili fevralın 2-də partiyanın qurultayında “Gürcü Arzusu”nun sədri seçilib. Bir neçə gün əvvəl o, baş nazir postundan istefa verdiyini açıqlamışdı. İrakli Ğaribaşvilini 2021-ci ildən “Gürcü Arzusu”nun sədri olan İrakli Kobaxidze əvəzləyib.