Çiaturada keçirilən etiraz aksiyasının 14-cü günü “Georgian Mnaganese” tətil edən işçilərin əsas tələblərindən birini yerinə yetirməyə və fevralın 1-dək mövcud olan iş şəraitinə qayıtmağa hazır olduğunu bəyan edir. Maaşlara gəlincə, şirkət cəmi 5% artıma razıdır. Tətilçilər aksiyanı dayandırmayacaqlarını bildirirlər. Onların bəziləri bu gün, saat 16:00-da Tbilisidə, parlament binasının önündə toplaşacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Georgian Manganese”nin məlumatına görə, iyunun 18-də şirkət rəhbərliyi, İmereti Dövlət Müvəkkili, Əmək Müfəttişliyi Xidmətinin rəisi, Çiaturanın bələdiyyə rəisi və vasitəçinin iştirakı ilə növbəti danışıqlar aparılıb və nəticədə şirkət aşağıdakı qərarı qəbul edib:
- 2023-cü il fevralın 1-dək qüvvədə olan köhnə iş şəraitinə qayıtmaq - 12 saatlıq iş qrafiki ilə;
- Birinci mərhələdə əmək haqqı 5% artacaq. Şirkət həm gəlirliliyin artması ilə birgə, işçilərin maaşlarını da mərhələli şəkildə artırmağa hazırdır;
- Şirkətdə auditin aparılması;
- “Georgian Manganese” eyni zamanda işçilərin tələblərini, problemlərini və onların yaranma səbəblərini öyrənəcək, vəziyyəti düzəltmək yollarını müzakirə edəcək, işçinin iş şəraiti və onun təyin olunmuş normalar ilə müvafiqliyi ilə yerində tanış olacaq birgə işçi komissiyası yaratmağa hazırdır; Həmçinin iş prosesinin təşkilinin köhnə üsulu və müəssisənin tələb etdiyi yeni iş prosesinin zəruriliyi və iqtisadi məqsədəuyğunluğun zəruriliyi.
Şirkətdən verilən məlumata görə, komissiyanın fəaliyyətinə bütün tərəflər - işçilər, işəgötürən, auditor, vasitəçi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidməti, İmereti Dövlət Müvəkkili və həmkarlar ittifaqları cəlb olunacaq.
“Həmkarlar ittifaqlarının tələbi ilə şirkət müəssisənin son iki il və cari il üzrə bu müddət ərzində maliyyə vəziyyəti haqqında müstəqil auditor rəyini təqdim etməyə hazır olduğunu bəyan edir. Həmçinin, şirkət Çiatura filiz konsentratının proqnozlaşdırılan, planlaşdırılan maya dəyərini müstəqil auditorla qiymətləndirməyə hazırdır. Ona görə də komissiya işçilərin və işəgötürənin maraqlarının bərabər şəkildə qorunması üçün əmək və maliyyə böhranının aradan qaldırılması və düzəltməyin mümkün yollarını müzakirə edəcək”, - “Georgian Manganese”nin bəyanatında deyilir.
Şirkət iddia edir ki, indiki mərhələdə əlavə maliyyə resursları tapmaq mümkün deyil.
“Bugünkü böhran filiz qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi ilə bağlıdır. Şirkət bir neçə ildir ki, bu rejimdə işləyir və xeyli maliyyə itkiləri ilə üzləşir. Şirkət hesab edir ki, hazırkı vəziyyətdə həll yolu hasilatı vaxtında bərpa etməkdir. “Georgian Manganese” əməkdaşlarını konstruktiv dialoqa və razılığa çağırır”, - bəyanatda qeyd edilir.
Tətil edən şaxtaçıların cavabı
“Dünən, biz, daha bir addım atıb, görüşə getdik. Bizi narahat edən şeyləri hamıya izah etdik, amma bizdə belə bir təəssürat yarandı ki, onlar bizim hansı şəraitdə işlədiyimizi çox yaxşı bilirlər, şirkətlə birbaşa razılığa gəliblər və birgə bizimlə mübarizə aparırlar. Ona görə də onlarla nəsə danışmağın mənası yoxdur. Onlar hər şeyi yaxşı bilirlər. Bu gündən biz heç bir danışığa getmirik. Tələblərimizi necə qarşıladıqlarını bizə yazılı şəkildə göndərsinlər”, - şaxtaçı Merab Saralidze bildirib və aksiya iştirakçılarından birinin dünən, danışıqların nəticəsiz başa çatmasından dərhal sonra göz qapaqlarını tikdiyini bildirib.
“Georgian Manganese”nin maaşın 5% artırılması təklifi tətil edən şaxtaçılar üçün qəbuledilməzdir.
“Bizim üçün ən önəmlisi, ailəmizə nə aparacağımız, arvad-uşağımızı necə yedirəcəyimizdir. 5% bizə bəs etsəydi, etiraz aksiyasına başlamazdıq. Biz bunu əvvəldən deyirik və siz yenə bizə 5% təklif edirsiniz. Sizin vicdaniniz yoxdur? Şübhə etmirəm ki, yoxdur. Sizin vicdanınız yoxdur, insan deyilsiniz və ürəyiniz də yoxdur”, - Saralidze bildirib.
“Georgian Manganese” işçiləri 14 gün əvvəl tətilə elan ediblər. Bir həftədir ki, Çiatura bələdiyyə evi qarşısındakı çadırda 10 nəfər aclıq aksiyası keçirir. Aksiya iştirakçılarından biri etiraz əlaməti olaraq ağzını, digəri isə gözlərini tikib. Şaxtaçılar “Facebook” sosial şəbəkəsində də foto paylaşıblar və oradan birinin əlində venaların kəsilmiş olduğunu görmək olur.
Şaxtaçılar 14 tələb qoyublar, bunlardan ən vacibi əmək haqqının 40% artırılması və fevral ayına qədər qüvvədə olan iş qrafikini/planını dəyişməz saxlanılmasıdır. İyunun 15-də “Georgian Manganese” bu iki tələbdən başqa tələblərin bütün bəndləri ilə razılaşdıqlarını açıqlayıb.