“Gürcü Arzusu” məhkəmə ilə bağlı istintaq komissiyasının yaradılmasını üçüncü dəfə düşürüb 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentdə müxalifətin təşəbbüsü ilə müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi səsə bu gün də qoyula bilməyib. “Gürcü Arzusu”nun deputatları hakimlərlə həmrəylik əlaməti olaraq yenidən iclasa qeydiyyatdan keçməyiblər.

Qeydiyyat başlamazdan əvvəl “Gürcü Arzusu”nun sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidze parlamentdə müraciətlə çıxış edib:

“Bizim mövqeyimiz dəyişməzdir. Xatırlatmaq istərdim ki, dövlət suverenliyinin, məhkəmə müstəqilliyi prinsipinin qayğısına qalmaq hər bir deputatın öhdəliyidir. Biz bu prinsiplərə uyğun hərəkət edirik, bu mövqedə prinsipial olaraq dururuq. Bu gün də qeydiyyatdan keçməyəcəyik”.

İclasa cəmi 52 deputat qeydiyyatdan keçib, yetərsay üçün azı 76 deputat tələb olunur. Müxalifətçi Xatuna Samnidze bildirib ki, parlament çoxluğunun qərarı ilə bütün qanunverici orqanın işi iflic vəziyyətə düşür.

“Bir neçə gündür ki, kifayət qədər səs toplayan istintaq komissiyası yaratmamaq ürəyinizi partladır. Öz qorxunuzla və qeyri-rəsmi hökmdarınızdan aldığınız tapşırıqla nə edəcəyinizi bilmədiyiniz üçün bütün parlament işlərinin bloklanmasına şəxsən cavabdehsiniz. İstintaq komissiyası yaratmaq bizim qanunvericilik hüququmuzdur, buna bizim kifayət qədər səsimiz var. Səs verməni keçirin!”, - Samnidze bildirib.

Müxalifət məhkəmə-hüquq sistemində korrupsiya və digər qanunsuz halların araşdırılması üçün müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qərar layihəsini dekabrda parlamentdə qeydə alsa da, səsə ilk dəfə aprelin 18-də qoyulub. Aprelin 5-də ABŞ-ın üç cari və bir keçmiş gürcü hakimi Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzeyə sanksiya tətbiq etməsindən sonra bu məsələ xüsusilə aktuallaşıb. Müvəqqəti istintaq komissiyasının yaradılması üçün azı 50 deputatın səsi lazımdır. Aprelin 18-də, 19-da və 20-də parlamentdə kvorum yaradılsaydı, müxalifət lazımi sayda səs toplaya bilərdi.

 

Bu mövzu haqqında:

Hakimlərə həmrəylik göstərmək korrupsiya ilə məşğul olanların müdafiəsi deyil - Deqnan

Xarici agentlərin istintaq komissiyası yaratmağına imkan verə bilməyəcəyik

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur