“Qəribədir ki, siz Gürcüstanın əksəriyyəti son dərəcə peşəkar, öz işini qanun çərçivəsində görmək istəyən hakimlər ilə həmrəysiniz, korrupsiya əməllərində iştirakı barədə etibarlı məlumat olan 4 nəfəri qoruyursunuz. Bu müdafiə deyil. Peşəkar hakimlərlə həmrəylik korrupsiyada əli olanların müdafiəsi deyil”, - ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan məhkəmədə korrupsiya ilə bağlı parlamentin istintaq komissiyasının yaradılması cəhdi ilə bağlı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu”nun deputatları hakimlərlə həmrəylik əlaməti olaraq iclaslarda qeydiyyatdan keçmir və bununla da məqsədi məhkəmə sistemindəki korrupsiya və digər qanunsuz əməlləri araşdırmaq olan müvəqqəti istintaq komissiyasının yaradılmasına mane olurlar.
ABŞ səfiri hesab edir ki, istintaq komissiyasının yaradılması hökumətin Gürcüstan qanunvericiliyinə uyğun olaraq məhkəmə sistemindəki korrupsiya iddiaları ilə bağlı öz araşdırmasını aparmaq imkanıdır.
Mən bunu çox açıq şəkildə bildirmək istəyirəm, çünki bir çox insan bəyanat verib ki, guya biz yaxşı məlumatlı deyilik - Hec cür səhvdən söz gedə bilməz. Amerika Birləşmiş Ştatları bu dörd şəxsə korrupsiya əməllərində iştirak etdiklərinə görə viza sanksiyalarının tətbiq edilməsinin əsaslarına tamamilə əmindir. Sistem vasitəsilə viza sanksiyalarını Dövlət Katibinə göndərməzdən əvvəl biz əsaslı araşdırma apardıq və burada böyük əksəriyyəti ictimaiyyətə açıq olan məlumatlar topladıq. Dövlət katibi bu sanksiyaların əsasına tam əmin olduğu üçün viza sanksiyalarını təsdiqləyib”, - səfir bildirib.
Müxalifətdən olan deputatlar məhkəmə sistemində korrupsiya və digər qanunsuz halların araşdırılması üçün müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qərar layihəsini parlamentdə ötən ilin dekabrında qeydiyyatdan keçirsələr də, ilk dəfə aprelin 18-də səsə qoyulub. Bu məsələ aprelin 5-də ABŞ Dövlət Departamentinin üç cari və bir keçmiş gürcü hakimi - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzeyə qarşı korrupsiyada iştirakına görə sanksiyalar tətbiq etdikdənsonra aktuallaşıb.
“Gürcü Arzusu” aprelin 18-də və 19-da keçirilməli olan iclaslarda qeydiyyatdan keçməyərək qətnamələrə səsvermənin qarşısını alıb. Səsvermə yetərsay olmadığı, yəni 76 deputat qeydə alınmadığı üçün keçirilə bilməyib. Əgər yetərsay olarsa, istintaq komissiyasının yaradılması üçün lazım olan ən azı 50 səs müxalifətin özündə mövcud idi.
Bu mövzu haqqında:
Xarici agentlərin istintaq komissiyası yaratmağına imkan verə bilməyəcəyik