“Gürcüstan parlamenti Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu aşmaqla xarakter və yetkinlik nümayiş etdirdi” - Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Gürcüstan parlamenti tərəfindən rus qanununun qəbuluna belə münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mayın 28-də Gürcüstan parlamenti "xarici agentlər" haqqında rus qanununa prezidentin qoyduğu vetonu aşdı və nəhayət təsdiq etdi. 84 deputat vetonun ləğvini dəstəkləyib. Onların əksəriyyəti “Gürcü Arzusu”nu təmsil edir. Dəstəkçilər arasında “Xalqın Gücü” və “Avropa Sosialistləri”nin üzvləri də var. Vetonun aşılması üçün parlamentin 150 üzvündən ən azı 76-nın səsi lazım idi.
Avropa İttifaqı və ona üzv olan ölkələr, həmçinin Böyük Britaniya və ABŞ hakimiyyəti rus qanunu geri götürməyə çağırıb.
“Bu qanun Avropa İttifaqının əsas prinsip və dəyərlərinə ziddir və Gürcüstanın Avropa İttifaqı yoluna mənfi təsir göstərir. Biz bütün variantları nəzərdən keçiririk və hökuməti Aİ istəklərini dəstəkləməyə qayıtmağa çağırırıq”, - qanunun qəbulundan sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
İki aya yaxındır ki, Tbilisidə qanunun qəbuluna qarşı çoxminlik aksiyalar keçirilsə də, hakim partiya xalqın etirazını belə nəzərə almayıb.
“Gürcü Arzusu” bir il əvvəl geri götürülmüş rus qanununu aprelin 3-də parlamentdə yenidən qeydiyyatdan keçirib və aprelin 17-də, mayın 1-də və 14-də keçirilən üç oxunuşla qəbul edib. Mayın 18-də prezident Salome Zurabişvili rus qanununa veto qoyub. Onun izah etdiyi kimi, qanun Gürcüstan Konstitusiyasına, bütün Avropa standartlarına ziddir və ölkənin Avropa yoluna mane olur.
Venesiya Komissiyasının rəyinə görə, rus qanunundə fundamental qüsurlar var və birləşmək hüququ və ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı, ictimai fəaliyyətdə iştirak hüququ və ayrı-seçkiliyin qadağan edilməsi hüququ baxımından əhəmiyyətli mənfi nəticələrə gətirib çıxaracaq. Açıq, məlumat xarakterli ictimai debatlara, plüralizmə və demokratiyaya mənfi təsir göstərəcək.