Amerika Birləşmiş Ştatlarının sanksiya tətbiq etdiyi Tiflis Apellyasiya Məhkəməsinin hakimi, Ali Ədliyyə Şurasının üzvü Levan Murusidze bildirir ki, o, qanuna zidd heç bir iş görməyib və ona qarşı sanksiyaların tətbiqi ədalətsizlikdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Uh, eybi yoxdur, həyat davam edəcək. Sanksiya olunmağı haqq etmirəm. Mənə sanksiya tətbiq edirlər deyə özümü öldürəsi deyiləmki, nə etməliyəm?! Şəxsən mənim üçün çox pis olacaq, amma həyat davam edəcək, amma mən əslində sanksiyanı haqq edəcək bir şey etməmişəm. Ədalətsizlikdir, amma desəm ki, dizlərim titrədi, görxdum və ya nəsə…
İndi məni Amerika Birləşmiş Ştatlarına, Avropa Birliyinə buraxmasalar nə olacaq? Babam da getməyib və kişi kimi, insan kimi yaşayıb, əziyyət çəkib. Mən kişi doğulmuşam, mənim ləyaqətim var. Hesab edirəm ki, həyatımda qanuna zidd heç nə etməmişəm, insan kimi yaşamışam, korrupsiyaya qarışmamışam və həmişə düzgün və qanuni hesab etdiyim qərarlar vermişəm”, - Murusidze “Mtavari Arxi”yə bildirib.
Levan Murusidze “İmedi” teleşirkətinə verdiyi telefon müsahibəsində ABŞ-ın qərarını məhkəmə sisteminə müdaxilə kimi qiymətləndirib.
Aprelin 5-də ABŞ Dövlət Departamenti üç hazırkı və bir keçmiş hakimə sanksiya tətbiq edib. Xüsusilə, Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadze əhəmiyyətli korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə ABŞ-a girişləri qadağan edilib. Sözügedən sanksiya onların yaxın ailə üzvlərinə də təsir edəcək.
“Dövlət Departamenti etibarlı və razılaşdırılmış məlumatlara əsaslanaraq, adıçəkilən şəxslərin ictimai vəzifəsindən sui-istifadə edərək əhəmiyyətli korrupsiya əməllərinə yol verdiklərini müəyyən edib. Onlar öz hərəkətləri ilə hakimlərə siyasi müttəfiqlərinin xeyrinə qərarlar verməyi onlara qanunsuz mənfəət təklif etmək və ya təzyiq göstərməklə və şəxsi mənfəətləri naminə hakim təyinatları ilə manipulyasiya etməklə məhkəmə və ictimai proseslərə məhəl qoymayıblar”, - ABŞ-ın Gürcüstandaki səfiri Kelli Deqnan bildirib.
Levan Murusidze Tbilisi Apellyasiya Məhkəməsinin İnzibati İşlər Palatasının hakimidir və bu vəzifəyə ömürlük təyin olunub. O, 2022-ci ildə Ali Ədliyyə Şurasının üzvü seçilib. Ədalət məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatları, Levan Murusidzenin məhkəmə sistemində nüfuzlu hakimlərin eyni adlı klanın liderlərindən biri kimi hallandırırlar.
Dövlət Departamenti Gürcüstanın məhkəmə sistemindəki problemlərdən 2022-ci il hesabatında da yazıb. Orada xüsusilə qeyd olunub ki, “məhkəmə sisteminə etimad sarsılır, məhkəmənin müstəqilliyinə və qərəzsizliyinə müdaxilə əlamətləri müşahidə olunur, hakimlər siyasi cəhətdən həssas mövzular və şəxslər aid olan işlərdə məhkəmə sisteminin daxilindən və ya xaricdən siyasi təzyiqlərə məruz qalırlar. 2022-ci ildə nüfuzlu məhkəmə “klan”ının bəzi üzvlərinin korrupsiyaya uğradığı barədə tutarlı iddialar yayılırdı. Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib ki, hesabat onun üçün maraqlı deyil, çünki o, qeyri-hökumət təşkilatlarının “qeyri-obyektiv, qərəzli, subyektiv və ədalətsiz qənaətlərinə əsaslanır”.