Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze Amerika Birləşmiş Ştatlarının ABŞ-Gürcüstan birgə hərbi təlimlərini təxirə salmasından danışıb. Onun sözlərinə görə, münasibətlərin yenidən başlaması vacibdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Aydındır ki, təxirə salınmanın baş verməsi pisdir, lakin, biz dəfələrlə Gürcüstan hökumətinin əməkdaşlığa, dostluğa hazır olduğunu bildirmişik ki, bu da qarşılıqlı olmalıdır və qeyd olunan münasibətləri daha da dərinləşdirilməsi üçün birtərəfli ola bilməz. Biz bu yanaşmaların və münasibətlərin dəyişəcəyini gözləyirik”, - Kaladze bildirib.
Onun sözlərinə görə, heç kim Gürcüstan hökumətinin xarici siyasət kursunu dəyişdiyinə misal göstərə bilməz.
“Heç bir misal göstərə bilməzsiniz ki, Gürcüstan hökuməti kursunu dəyişib.Mümkün deyil. Bu ikiüzlülükdür. Gürcüstanın kursunun dəyişdiyinə dair heç bir misal yoxdur.
Biz dəfələrlə bildirmişik ki, siz bir misal göstərə bilməzsiniz ki, Gürcüstan hökuməti qeyri-demokratik, Avropaya xas olmayan addımlar atıb. 2012-ci ildən bəri Avropaya inteqrasiya yolunda bütün nəzərəçarpacaq irəliləyişlər “Gürcü Arzusu - Demokratik Gürcüstan” tərəfindən əldə edilib”, - Kaladze bildirib.
“Gürcü Arzusu”nun baş katibi həmçinin qeyd edib ki, Gürcüstan müstəqil, suveren dövlətdir və “heç kimin vassalı ola bilməz”:
“Heç kimə imkan verilməyəcək ki, Gürcüstan hökumətinə belə bir addım atmağı əmr etsin, biz əvvəldən bunun dövlətimiz və əhalimiz üçün problem yaradacağını bilirik. Sanksiyalar, ikinci cəbhə, Saakaşvilinin azad edilməsi ilə bağlı çağırışları xatırlayırıq. Bu düzgün münasibət deyil. Ona görə də münasibətləri dərinləşdirmək, yenidən qurmaq və əməkdaşlığı hər zamanki kimi davam etdirmək vacibdir”.
Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamenti Gürcüstanla planlaşdırılan “Layiqli Tərəfdaş” hərbi təlimini qeyri-müəyyən müddətə təxirə salıb. Pentaqonun bildirdiyinə görə, bu “qərar Gürcüstan hökumətinin ABŞ və digər Qərb qurumlarını Ukraynaya təzyiqləri azaltmaq üçün Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur etmək, habelə hakim partiyaya qarşı iki çevriliş cəhdində iştirak etməkdə ittiham etməsi ilə bağlıdır”.
“Layiqli Tərəfdaş” 2024-cü il, iyulun 25-dən avqustun 6-dək planlaşdırılmışdı. Gürcüstan prezidenti Salome Zurabişvilinin qiymətləndirməsinə görə, “Gürcü Arzusu” “müdafiə qüvvələrimizin gücləndirilməsinə və NATO standartlarına uyğunlaşdırılmasına əsaslanan strateji tərəfdaşlığa” təhlükə yaradır.
ABŞ “Gürcü Arzusu” hökuməti tərəfdaşlarının tənqidlərinə baxmayaraq “xarici agentlər” haqqında rus qanunu qəbul edib, etirazları dağıtdıqdan sonra Gürcüstanla ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıb.