““Gürcü Arzusu” öz fəaliyyətini maliyyələşdirmək və müxalifəti sıxışdırmaq üçün bütün dünyada yerləşən fırıldaqçı zəng mərkəzləri şəbəkəsindən alınan qara pullara arxalanır”, - Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyası bildirir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Komissiyanın “X” sosial şəbəkəsində dərc etdiyi bəyanatda bildirilir ki, ABŞ Dövlət Departamenti “Gürcü Arzusu”nun gürcü xalqına qarşı antidemokratik kampaniyasını maliyyələşdirən” sözügedən zəng mərkəzlərini dayandırmalıdır.
“Gürcü Arzusu”nun “qara pul”dan istifadə etməsi Helsinki Komissiyasının üzvü olan amerikalı konqresmenlər Co Vilson, Stiv Koen, Riçard Hadson və Mark Visinin iyulun 31-də ABŞ dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktubda da qeyd edilib. Orada Bidzina İvanişviliyə və onun yaxın ətrafına sanksiya tətbiq olunması tələb olunub.
Konqresmenlər hesab edirlər ki, Dövlət Departamenti ABŞ və dost xarici hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək beynəlxalq səviyyədə “zəng mərkəzi” şəbəkələrinə qarşı onların fəaliyyətini pozmaq üçün çevik, təcili və sistemli tədbirlər görməlidir.
ABŞ-ın Helsinki Komissiyası kimi də tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası ABŞ federal hökumətinin müstəqil komissiyasıdır. Helsinki Komissiyası 1976-cı ildə yaradılıb və onun tərkibinə Senat, Nümayəndələr Palatasının, Dövlət, Müdafiə və Ticarət Departamentlərinin nümayəndələri daxildir.