“IDFI”ın direktoru və “Formula”nın çəkiliş qrupu İsveç səfirliyi yaxınlığında hücum olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“İnformasiya Azadlığının İnkişafı İnstitutu”nun (IDFI) direktoru Qiorqi Klidiaşvili və “Formula” televiziyasının çəkiliş qrupuna Tbilisidəki İsveç səfirliyi yaxınlığında hücum olunub.

Səfirlikdə qeyri-hökumət təşkilatlarının bir hissəsi, o cümlədən “İnformasiya Azadlığının İnkişafı İnstitutu” İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlığı və Xarici Ticarət naziri Yohan Forsel ilə görüşüb. Görüşdən sonra Qiorqi Kldiaşvili müsahibə verərkən naməlum şəxs həm onu, həm də “Formula”nın jurnalistlərini şifahi təhqir edib və fiziki təzyiq göstərib.

“Bu təxribatlarla bizi heç nədən məhrum etməyəcəklər, ancaq özlərinə ziyan vuracaqlar. Rus qanuna yox! Avropaya hə!”, – Klidiaşvili sosial şəbəkədə yazıb.

Bu gün Yohan Forsel “xarici agentlər haqqında” rus qanunu ilə bağlı ifadə etdiyi narahatlığına görə “Gürcü Arzusu”nun liderlərinin tənqidinə tuş gəlib. Tbilisidə səfərdə olan isveçli nazir bildirib ki, qanun vətəndaş cəmiyyətinin imkanlarını məhdudlaşdırır.

“Biz Gürcüstandan üz döndərməyəcəyik. Biz onun Avropa İttifaqına üzv olmasını istəyirik. Eyni zamanda, yeni qanunvericilikdən narahatıq. Biz qorxuruq ki, bu, malik olduğumuz əməkdaşlığa və vətəndaş cəmiyyətinin əhəmiyyəti ilə bağlı fikirlərimizə uyğun gəlməyə”, - Forsel bildirib.

Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvilinin sözlərinə görə, söhbət İsveçin Gürcüstana yardımından gedirsə o, “İsveç nazirinin nəyi gizlətməli olduğunu” bilmir.

“Burada nəyin gizlədilməli olduğunu və isveçli nazirin bu məsələlərdən niyə narahat olduğunu deyə bilmərəm, lakin, sadə və yumşaq desək, bir suveren ölkənin nazirinin digər suveren ölkənin parlamentinə bu ölkənin sabitliyi, inkişafı və cəmiyyəti üçün hansı qanunun lazım olduğunu diktə etməsi çox qəribədir”, - Rus qanununu dəstəkləyən 83 deputatdan biri olan Maka Boçorişvili bildirib.

Mayın 5-də Lançxutidə rus qanununa qarşı etiraz aksiyalarının fəal iştirakçısı pedaqoq Lado Abxazava və onun oğluna, mayın 3-də isə aksiyadan evə qayıdarkən gənclərə hücum olunub. Polis indiyədək heç kimi həbs etməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur