Şida Kartlinin dövlət nümayəndəsi vəzifəsinə Quriya Polis Departamentinin direktoru Levan Xarabadze təyin edilib. Hökumət administrasiyasının məlumatına görə, baş nazir İrakli Kobaxidze bu gün yeni qubernatorla görüşüb və regionda həyata keçirilən və planlaşdırılan layihələrdən danışıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Levan Xarabadze dövlət komissarı vəzifəsində Mixeil Şakulaşvilini əvəz edib. 2022-ci ilin avqustunda keçmiş baş nazir İrakli Ğaribaşvili tərəfindən qubernator təyin edilən Şakulaşvili, Ğaribaşvilinin istefasından az sonra, martın əvvəlində vəzifəsini tərk edib. O, baş nazir dəyişikliyinə görə istefaya qərar verdiyini təkzib edib. Onun sözlərinə görə, 26 il dövlət qulluğunda çalışdıqdan sonra yorulub və özəl sektora keçmək istəyib.
Yeni qubernator ixtisasca hüquqşünasdır. 2021-ci ildən indiyədək Daxili İşlər Nazirliyinin Quriya Polis İdarəsinin direktoru olub, 2019-2021-ci illərdə isə Samtsxe-Cavaxeti Polis İdarəsinə rəhbərlik edib. Hökumət administrasiyasının məlumatına görə, Levan Xarabadzenin uzun illər rəhbər vəzifələrdə iş təcrübəsi var.