Qori, Kaspi, Kareli və Xaşuri bələdiyyələrində dövlət müvəkkili olan Mixeil Şakulaşvili vəzifəsini tərk edir. Onun özünün dediyi kimi, fəaliyyətini özəl sektorda davam etdirmək istəyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qubernator istefa qərarını baş nazirin dəyişikliyinə görə verdiyini inkar edir.
“Mən yorğunam. Mən 26 ildir dövlət qulluqçusuyam və özəl sektora keçib orada özüm üçün işləməyə davam etmək istəyirəm. Bu mənim təşəbbüsüm idi. Yəqin ki, layiqli birini seçib təyin edəcəklər”, - deyə Mixeil Şakulaşvili “Mtavari Arxi”yə müsahibəsində bildirib və yaxın vaxtlarda istefa ərizəsini yazacağını qeyd edib.
Mixeil Şakulaşvili 2022-ci ilin avqustunda keçmiş baş nazir İrakli Ğaribaşvili tərəfindən Qori, Kaspi, Kareli və Xaşuri bələdiyyələrində dövlət müvəkkili təyin edilib. Bundan əvvəl o, Baş Prokurorluqda yüksək vəzifələrdə çalışıb, 2013-2018-ci illərdə Tbilisinin prokuroru olub.
İrakli Kobaxidze baş nazir olduqdan sonra hökumət administrasiyasının regionlarla əlaqələr şöbəsinin müdiri Coni Barnabişvili istefa verib. Daha sonra o, maliyyə nazirinin müavini təyin edilib.
Martın 1-də İrakli Kobaxidze ilə görüşdən sonra Zurab Azaraşvili Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsindən istefa verib. Kobaxidzenin izah etdiyi kimi, səhiyyə nazirinin dəyişdirilməsi onun planının bir hissəsi olmayıb, lakin o, prosesdə qüsurlar görüb.