Gürcüstanın baş naziri İrakli Kobaxidze İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəcək. Hökumət administrasiyasının məlumatına görə, baş nazir andiçmə mərasimində iştirak etmək üçün İran İslam Respublikasından rəsmi dəvət alıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
And içmə mərasimi bu günə, iyulun 30-na planlaşdırılıb. Gürcüstanın Baş Naziri baş nazirin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili ilə birlikdə Tehrana gedib.
Hökumət administrasiyasının məlumatına görə, İran Məclisində keçiriləcək mərasimdə 70 xarici nümayəndə heyəti iştirak edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin Rusiyadan Dumanın sədri Vyaçeslav Volodinin başçılıq edəcəyi nümayəndə heyəti Tehrana gələcək.
Pezeşkian iyulun əvvəlində sələfi Ebrahim Rəisin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra prezident seçilib. İranın ali dini lideri Ayətullah Xamnei bazar günü, iyulun 28-də Pezeşkianın prezident vəzifəsinə təsdiq edilməsi haqqında fərman imzalayıb.
İrakli Kobaxidze bu il ikinci dəfə Tehrana səfər edib. Mayın 22-də o, xarici işlər naziri İlya Darçiaşvili ilə birlikdə Rəisinin dəfn mərasimində iştirak edib. Dəfn mərasimində “Hizbullah”, “Həmas” və “Taliban” terror təşkilatlarının liderləri, həmçinin Rusiya Dumasının sədri Vyaçeslav Volodin, Suriya prezidenti Bəşər Əsəd və başqaları iştirak edirdilər.