İşğal altında olan Abxaziyanın Qaqra rayonunda, Rusiya sərhədinə yaxın ərazidə baş verən atışma nəticəsində bir yerli sakin həlak olub, üç nəfər yaralanıb. Hücum edənlər qaçaraq gizləniblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oxucunun seçimi
- 1 Əliyev və həyat yoldaşı Putini şam yeməyində qonaq ediblər
- 2 Rusiyanın BMT-dəki nümayəndəsi “Gürcü Arzusu”nun avqust müharibəsi ilə bağlı bəyanatını təkrarlayıb
- 3 Şahin və Terner: Düzgün yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır
- 4 Kobaxidze 22 seçki dairəsi üzrə “Gürcü Arzusu”nun nümayəndə heyətinə namizədlərin adını açıqlayıb
- 5 Məhkəmə MSK-nın mübahisələndirilən qərarını qüvvədə saxlayıb
- 6 Ukrayna Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini bildirir
Atışma bazar günü, iyunun 23-də “Psou” sərhəd-keçid məntəqəsinin ərazisində baş verib.
“1985-ci il təvəllüdlü vətəndaş həyati təhlükə ehtiva edən yara alıb. 2007-ci il təvəllüdlü azyaşlı qız qolundan yaralanıb və tibb müəssisəsinə aparılıb. Həmçinin iki nəfər də xəstəxanaya yerləşdirilib: 1998-ci il təvəllüdlü ayaq, 1995-ci il təvəllüdlü şəxs isə qarın nahiyəsinin yarası ilə”, - deyə de-fakto Daxili İşlər Nazirliyindən bildirilib.
Mövcud məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib və tutulmaları istiqamətində tədbirlər davam etdirilir.
İyunun 23-də naməlum şəxslər Dağıstanda da atəş açıb. Mahaçqala və Dərbənddəki pravoslav kilsələri, sinaqoqlar və yol polisi postu terror aktının hədəfi olub. Son məlumata görə, hücum nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər də daxil olmaqla azı 15 nəfər həlak olub. Dağıstanda üç günlük matəm elan edilib.