“Gürcü Arzusu”nun üzvü və parlamentin İnsan Haqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladzenin sözlərinə görə, partiyanın lideri İrakli Kobaxidzenin dünənki bəyanatı çox təqdirəlayiqdir, o, buna qoşulur və bağışlanma diləyir. Sardjveladzenin dediyi kimi, nə onun, nə də Kobaxidzenin heç vaxt Şovidəki fəlakətdən sağ çıxan insanları təhqir etmək niyyəti olmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“O zaman da demişdim, indi də təkrar edirəm ki, çox vaxt müəyyən ifadələr kontekstdən çıxarılır və bu, müəyyən təəssürat, yanlış təəssürat, yanlış qavrayışlar yaradır. Dünən İraklinin dedikləri tamamilə doğru idi, amma burada demək istəyirəm ki, ən mərd görünən və tamamilə doğru olan budur, təbii ki... Nə birinci gün, nə ikinci gün, nə də heç vaxt istəməmişik ki, kiminsə xidmətləri, kiminsə qəhrəmancasına davranışı, qəhrəmanlığını necəsə aşağılayaq. O bunu dedi və bütün növ spekulyasiyaların səbəbini aradan qaldırdı. Bu, İraklinin etdiyi çox təqdirəlayiqdir və təbii ki, mən bu bəyanata qoşuluram.
Qoşuluram və nəinki sağ qalan, açığı, qəhrəmanlıq göstərmiş hər kəsə dərin hörmətimi bildirmək istəyirəm. Bununla belə, əlbəttə, unutmaq olmaz və burada da deməliyik - nə İraklinin, nə də mənim heç vaxt kiminsə xətrinə dəymək qəsdi və istəyi olmayıb. Biz, əlbəttə ki, heç kimin xidmətini alçaltmaq istəməzdik. Biz bağışlanma diləyirik, təbii ki, əgər bu kimdəsə belə çıxıbsa və obyektiv olaraq, kimsə elə təəssürat yaradıbsa ki, biz kiminsə xidmətlərini aşağılamışıq”, - Mixeil Sarjveladze bildirib.
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze dünən təbii fəlakətdən sağ çıxan Davit Jeladze ilə görüşdən sonra, onun xətrinə dəydiyinə görə peşmanlığını bildirib.
“Dato ürəkli, cəsur kişidir. Hekayəni təfərrüatı ilə xatırladı, bu inanılmaz, heyrətamiz bir hekayədir. O, faktiki olaraq bacısı uşağını ən təhlükəsiz əraziyə çatdırmaq üçün əlindən gələni edib. Özü-özünü üstələyib və o, balaca bacısı uşağı ilə elə bir yol qət edib ki…. O, sadəcə olaraq, özü-özünü üstələyib, inanılmaz bir şey edib”, - hakim partiyanın sədri jurnalistlərə bildirib.
İki gün əvvəl, avqustun 14-də Kobaxidze Davit Jeladzenin təbii fəlakət bölgəsində 6 yaşlı bacısı uşağı ilə palçıq kütləsinin o biri tərəfinə keçə bilməsi barədə hekayəsini “spekulyasiya” və “ağılasığmaz yalan” adlandırmışdı. O zaman Mixeil Sarjveladze partiya lideri ilə razılaşmış və qeyd etmişdi ki, “İrakli Kobaxidzenin dedikləri tamamilə doğrudur”.