Ali Ədliyyə Şurasının üzvlüyünə namizədin seçilməsi üzrə komissiya üzvlərinin qiymətləndirməsinə görə, hakim Liela Poladişvilinin qərarı ilə Kaxa Tsikarişvilinin təyin edilməsi ilə bağlı prezidentin fərmanının icrasının dayandırılması konstitusiyanın hakimiyyət bölgüsü prinsipini pozur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hakim Liela Poladişvili Gürcüstan Konstitusiyası ilə təmin olunan hakimiyyət bölgüsü prinsipini kobud şəkildə pozaraq, Gürcüstan Prezidentinin Konstitusiyanın 52-ci maddəsi ilə təminat verilən müstəsna səlahiyyətinə, Ali Ədliyyə Şurasının hakim olmayan bir üzvünü müstəqil seçmək və təyin etmək səlahiyyətinə müdaxilə edib. Hakim sözügedən qərarla Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin Gürcüstan prezidentinin fəaliyyətinə Ümumi İnzibati Məcəllənin şamil olunmaması müddəasına da məhəl qoymayıb.
Hakim həmin qərarla işə baxılması üçün ümumi iki aylıq müddəti 5 aya qədər uzadıb ki, bu da sözügedən qərarın təsirini daha da uzadır və prezidentin müstəqil konstitusiya orqanı kimi iflic vəziyyətinə düşməsi risklərini artırır”, - deyə Komissiya sədri Quram İmnadze bu gün keçirilən brifinqdə bildirib.
Komissiyasının üzvü, Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidze bildirib ki, ümumi Məhkəmənin prezidentin fərmanını dayandırmaq hüququ yoxdur və bu işi ümumiyyətlə qəbul etməməli idi.
“Konstitusiyanın Prezidentin müstəqil üzv təyin etmək səlahiyyətinə malik olması ilə bağlı əsas müddəasının Ümumi Məhkəmə tərəfindən mənimsənilməsi və ona kimin prezident tərəfindən təyin edilməsinə nəzarət edəcəyinə qərar verməsi ağılalmaz bir şeydir.
Təəssüflər olsun ki, məhkəmə sistemi öz təsir imkanlarından istifadə edərək, Ali Ədliyyə Şurasının qərar qəbul etmə prosesinə heç bir ciddi təsir göstərə bilməyən, fərqli fikirdə olan bir nəfərin belə Ali Ədliyyə Şurasına buraxılmamasına çalışır.
Onun edə biləcəyi tək şey hal-hazırda sıfır səviyyəsində olan ictimailik tələb etmək idi. Müstəqil üzv Ali Ədliyyə Şurasında tənqidi səs çıxara bilərdi”, - Kurdovanidze bildirib.
Məhkəmə iyulun 22-də Kaxa Tsikarişvilinin təyin edilməsi ilə bağlı prezidentin fərmanının qüvvəsini Ali Ədliyə Şurasının üzvlüyünə seçim müsabiqəsinin iştirakçılarından biri Manuçar Kakoçaşvilinin həmin gün qaldırdığı iddia əsasında dayandırıb. Hakim Liela Poladişvili Manuçar Kakoçaşvilinin vəsatətini təmin edib və iş üzrə icraat yekunlaşana qədər prezidentə yeni müsabiqə keçirmək və Ali Ədliyyə Şurasının başqa yeni üzvünü təyin etmək qadağan edilib.
Kaxa Tsikarişvilinin hakim olmayan Ali Ədliyyə Şurasının üzvü kimi səlahiyyət müddəti bu gün, iyulun 23-də başlamalı idi.
“İddianın müəllifi deyir ki, komissiyanın bu iki üzvü qərəzli olub və bundan başqa, komissiya mənim ixtisasımla bağlı mənə sual verməyib, ona və bəzi digər müsabiqə iştirakçılarına belə suallar veriblər”, - Tsikarişvili bildirib.
Onun sözlərinə görə, “sistem qorxdu” ki, Ali Ədliyyə Şurasına daxil olmaqla, Şuranın ictimaiyyətə açıqlamadığı bir çox məlumatlara çıxış imkanı yaranacaq.
Ali Ədliyyə Şurası keyfiyyətli və səmərəli ədalət mühakiməsini təşviq etmək üçün yaradılmış məhkəmə sisteminin əlaqələndirici orqanıdır. O, şəhər və apellyasiya məhkəmələrinin hakimlərini təyin edir, həmçinin Ali Məhkəməyə namizədləri seçib təsdiq üçün parlamentə göndərir. Şura 15 üzvdən ibarətdir, onlardan altısı hakim olmayan üzvlərdir. Prezident bir hakim olmayan üzvü təyin etmək səlahiyyətinə malikdir.