Parlamentin birinci vitse-spikeri Qiorqi Volski Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun sanksiyaya məruz qalan qızı Yekaterina Vinokurovanın Gürcüstanda olduğunu təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sonradan öyrəndiyimiz kimi, o, Lavrovun qızı imiş. İndi o, Vinokurovadır, başqa soyadla - ərinin soyadı altındadır. Mənə deyilənə görə, onun ərinin qardaşının toyu olub və ərinin qardaşı bu cür anti-Rusiya bəyanatları ilə, o cümlədən “Facebook”da tanınır və ukraynalılardan da kifayət qədər müsbət müsbət rəy alıb. “Müharibəyə yox”, “Ukraynalılara hücuma yox” və s. - “Putinə lənət” kimi o qədər də radikal bəyanatlar olmasa da, ən azından azad düşüncəli insanlardır. İndi onun atası ilə münasibəti necədir... Amerika Birləşmiş Ştatlarında məzun olub, bu qız orada yaşayırdı, məncə, onun da Amerika pasportu da var” deyən Volski bu mövzu haqqında “qeybətin” onun üçün heç də xoş olmadığını qeyd edib.
“Bu, xoşagəlməz mövzudur. Lavrov ərazilərimizin 20%-ni işğal edən ölkənin lideridir, onun qızı, ailə üzvü...
Amma ailə üzvü mövzusuna keçən kimi, yəni qızdan atanın etdiyinin cavabını tələb etmək, gürcülərə xas olan, gürcü cəmiyyətini, onun adət-ənənəsini, varlığını səciyyələndirən o başıucalıq, o gümrahlıqda -bax, bu mövzu ilə bağlı biraz zəif görsənirik.
Pisdir. Xoşlamıram. Lavrovun qızı bura gəlməməlidir. Oldu elə? Saakaşvilinin baş əyərək danışdığı Pozner, Mixalkov da gəlməməli idi. Gəlməməlidir, amma Poznerə, 90 yaşında kişiyə və ya bu qadına, hətta toyda belə, çubuqla qovalayırsansa, nəsə, tam təzahür olunmalı olan reallıq deyil. Avropalılığımız və Avro-Atlantik inteqrasiyamız mövzusu konstitusiyanın maddəsində, beynəlxalq arenada atdığımız olduqca cəsarətli addımlarda və olduqca möhkəm mövqedə öz əksini tapır. Düşünürəm ki, bununla, bax, bu çubuqla qaçmaqla sizin qərbpərəstliyiniz sarsılır”, - deyə Volski bildirib.
Ykaterina Vinokurova 1982-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olub, lakin anası Mariya Lavrova kimi 2022-ci ilin aprelindən həmin ölkə tərəfindən sanksiyaya məruz qalıb. Vinokourova ABŞ-dan başqa Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya və Ukraynanın tərtib etdiyi sanksiya siyahılarındadır.
Yekaterina Vinokurova Rusiyada “Smart-Art” şirkətinin təsisçlərindən biridir. Şirkət incəsənət sahəsinin inkişafı və sərgi layihələrinin təşkili ilə məşğuldur. Rusiya tərəfindən Ukraynada müharibə başladıqdan sonra bəzi avropalı rəssamlar Smart-Art ilə əməkdaşlıqdan imtina ediblər.
Lavrovun qızı Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə bilinən biznesmen, Avropa İttifaqı və ABŞ tərəfindən sanksiyaya məruz qalan Aleksandr Vinokurovun həyat yoldaşıdır. Vinokurov “Maraton Group” investisiya şirkətində və Rusiyanın ən böyük qida şirkəti “Maqnit”də yüksək vəzifələrdə çalışır, həmçinin Rusiyanın ikinci ən böyük dənli bitki idxalçısı olan “Demetra Holding”in səhmlərinə malikdir. Aİ hesab edir ki, Aleksandr Vinokurovun Rusiya hökuməti ilə sıx əlaqələri var və Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən iqtisadi sektorlarla məşğuldur. 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu başlayandan sonra Aleksandr Vinokurov, digər 36 iş adamı ilə birlikdə Qərbin sanksiyaları fonunda fəaliyyət planını müzakirə etmək üçün prezident Vladimir Putin və Rusiya hökumətinin digər üzvləri ilə görüşüb. Rusiyanın müstəqil “Mühüm tarixlər” (Важные истории) nəşrinin materialına görə, Lavrovun kürəkəni İsrail vətəndaşlığına malikdir.
Mayın 19-da Aleksandr Vinokurovun qardaşı Moşe Vinokurov Tbilisidə toy edib, bu gün, mayın 20-də isə məclis Kaxetidə, dünən yeni evlənən cütlük və onların qonaqlarının gəldiyi “Kvareli Gölü” mehmanxana kompleksində keçirilməli idi. Məlumatlara görə, Aleksandr Vinokurov da həyat yoldaşı ilə birlikdə Kaxetidə olub.
Siyasətçilər və mülki fəallar Lavrovun ailə üzvlərinin səfərinə “Kvareli Gölü”nün girişi yaxınlığında etiraz ediblər. Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin və səhər saatlarında orada səfərbər olan digər polis bölmələrinin əməkdaşları aksiyanın azı 16 iştirakçısını saxlayıblar.
Bu mövzu haqqında:
Daxili işlər nazirindən ailənin getdiyi, bu gün toyun olmayacağı barədə söz aldım - Prezident