Müdafiə naziri Juanşer Burçuladzenin sözlərinə görə, liberalizm Gürcüstanın təhlükəsizliyi və suverenliyinə birbaşa təhlükə ola bilər. Onun sözlərinə görə, mühafizəkarlıq indiki hakimiyyətin əsas ideyasıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Juanşer Burçuladze “İmedi” telekanalının efirində baş nazir İrakli Ğaribaşvilinin Macarıstanda keçirilən konfransda iştirakından sonra səslənən tənqidlərə münasibət bildirib.
“Ümumiyyətlə, mən başqa alternativ görmürəm. Mühafizəkarlar forumunda iştirak, bu, çox uğurlu layihədir və məncə, bizim hökumətin, bizim hakimiyyətin başqa alternativi yoxdur, çünki liberalizm, tutaq ki, biz buna dini-əxlaqi prizmadan baxmırıq, təhlükəsizliyimizin və suverenliyimizin itirilməsinə və ya qorunmasına birbaşa təhdid ola bilər. Yaxşı, rəqiblərimiz heç düşünüblərmi ki, bizim genefondumuz nədir, perspektivi necədir. Təbii ki, bunu indi buna dəstək olmaq... Bir daha təkrar edirəm, rəqiblərimizə bu prizmadan göstərmək istəyirəm... Birbaşa deyə bilərəm ki, bu, fəlakət və Gürcüstanın suverenliyi üçün risk olacaq.
Belə ki, bizim başqa bir alternativimiz, bundan başqa, bir daha təkrar edirəm, daxildə baş nazir və hökumətimiz bu istiqaməti dəstəkləyir və demək mümkündürsə, mühafizəkarlıq hökumətimizin əsas ideyasıdır, mən buna təhlükəsizlik baxımından da alternativ görmürəm”, - Burçuladze bildirib.
Mayın 4-də baş nazir İrakli Ğaribaşvili Budapeştdə keçirilən “Mühafizəkarların Siyasi Hərəkat Konfransı”nda iştirak edib. Ğaribaşvili Çıxışı zamanı Ğaribaşvili homofob mesajlar səsləndirib və deyib ki, onun hökuməti Gürcüstanda “azlığın çoxluğa qarşı zorakılığına” yol verməyəcək və “azlığın aqressiv təbliğatla dəyərləri dəyişdirmək cəhdini” dəstəkləməyəcək. Gürcüstanın baş nazirinin sözlərinə görə, “ənənəvi, ailə dəyərlərini məhv edərək, saxta azadlıq, LGBT təbliğatı ilə, azyaşlı uşaqların valideynlərindən üz döndərərək cinsiyyət dəyişikliyini qanuniləşdirməyə çalışan, insanı öz kökündən, ailəsindən, adət-ənənəsindən, mədəniyyətindən, tarixindən qoparacaq eyni adlı yenilikləri məcbur etməklə öz məqsədlərinə çatmaq istəyən qüvvələr var”.
Konfransın əsas məruzəçiləri arasında Avropa İttifaqında Rusiyayönümlü mövqeyi və homofob siyasətinə görə tənqid olunan Macarıstanın baş naziri Orban da olub. “Biz sərhədlərimizdə miqrasiyanı dayandırdıq, məktəblərdə gender təbliğatına dəstəyi bitirdik və sülh üçün yorulmadan çalışırıq. Bu, mütərəqqi-liberal virusa qarşı dərmandır,” - Orban deyib.
“Avropa Sosialist Partiyası” (PES) İrakli Ğaribaşvilini konfransda iştirakına görə tənqid edib və iyun ayında “Gürcü Arzusu”nun statusunu nəzərdən keçirmək qərarına gəlib. PES-in bəyanatından məlum olduğu kimi, bu məsələni PES-in prezidenti, İsveçin keçmiş baş naziri Stefan Loffen, hələ mart ayında, “Gürcü Arzusu” eyni adlı agentlər haqqında rus qanununun qəbulunu dəstəkləyən zaman qaldırmışdı.
Mayın 11-də “Gürcü Arzusu”nun siyasi şurası toplaşıb və “Avropa Sosialist Partiyası”nın müşahidəçi üzvü statusundan özü imtina edib. Partiyanın sədri İrakli Kobaxidze bunun səbəblərindən biri kimi PES-in “ideoloji transformasiyasını” hallandırıb. Onun sözlərinə görə, ötən illər ərzində PES “getdikcə klassik sosial-demokratik ideologiyadan uzaqlaşıb və psevdoliberal platformaya keçid edib”. Kobaxidzenin sözlərinə görə, bu cür ideoloji transformasiya “Gürcü Arzusu”, “eləcə də gürcü cəmiyyəti”nin dəyər və baxışları ilə örtüşmür.
“Gürcü Arzusu” 2015-ci ildən PES-in müşahidəçi üzvü idi.