Məhkəmə İoseb Babayev barəsində 1000 lari girov tədbirini seçib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Qori rayon məhkəməsi prokurorluğun qanunsuz avtomat silah almaqda, saxlamaqda və gəzdirməkdə ittiham etdiyi mülki fəal və iş adamı İoseb Babayev barəsində 1000 lari məbləğində girov tədbirini seçib. Beləliklə, hakim Qoqa Kupreişvili ittiham tərəfinin 10.000 lari girovdan istifadə etmək barədə vəsatətini qismən təmin edib.

İşin prokuroru Mixeil Beriaşvili vəsatəti təqsirləndirilən şəxsin gizlənməsi və yeni cinayət törətmək təhlükəsi ilə əsaslandırıb, İoseb Babayev və vəkilləri bununla razılaşmayıb. Onlar hesab edirlər ki, məhkəmə qətimkan tədbirini qətiyyən tətbiq etməməli idi.

“İşdəki “dəlillər” ağlabatan şübhə standartına belə cavab vermir. Məhkəmənin bugünkü qərarı buna qismən eyham vurub və bu işdə bəraət hökmünün olacağına da eyham vurub”, - deyə təqsirləndirilən şxsin vəkillərindən biri Kaxa Kalmaxelidze bildirib.

“Məni saxladılar, üstümə silah qoydular, şiddətli şəkildə döydülər və1000 lari girov qoydular ki, ölkəni tərk etməyim. Bu absurddur. Yenə də hakimə minnətdaram, çünki bundan da pis nəticə gözləyirdim. Mübarizəni davam etdirəcəyəm və öz həqiqətimi sübut edəcəyəm”, - Babayev məhkəmədən sonra deyib.

Qoridə “Resto Bar”ın sahibi olan və rus qanunu əleyhinə hərəkətlərdə fəal iştirak edən İoseb Babayev bir ay əvvəl, iyunun 4-də Cinayət Məcəlləsinin 236-cı maddəsi əsasında, qanunsuz silah almaq, saxlama və gəzdirmə ittihamı ilə saxlanılıb. Babayev saxlanılarkən fiziki zorakılığa məruz qaldığını deyib. Prokurorluq ona qarşı ittiham irəli sürə bilməyib, çünki Qori Rayon Məhkəməsinin hakimi Levan Darbaidze polisin apardığı bütün istintaq hərəkətlərini qanunsuz hesab edib və guya Babayevin avtomobilindən götürülən silahı yolverilməz sübut hesab edib. Babayev iyunun 6-da müvəqqəti saxlama təcridxanasını tərk edib.

Prokurorluq Qori Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək onun tam ləğvini tələb edib. İyunun 14-də Apellyasiya Məhkəməsinin hakimi Davit Axalbedaşvili hakim Levan Darbaidzenin qərarını qismən dəyişib - o, avtomobildə axtarış aparılmasını qanuni hesab edib. Müvafiq olaraq, polisin məlumatına görə, İoseb Babayevin avtomobilindən çıxarılan avtomat odlu silah məqbul sübut kimi tanınıb. Babayevin şəxsi axtarışını və tapançanın götürülməsini Apellyasiya Məhkəməsi də qanunsuz hesab edib.

İyulun 3-də Şida Kartli Polis İdarəsində İoseb Babayevə qarşı Cinayət Məcəlləsinin 236-cı, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddəsinin maddəsinin 3-cü və 4-cü hissələri ilə ittiham irəli sürülüb. Təqsiri sübuta yetirilərsə, onu 3 ildən 7 ilə qədər həbs gözləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur