Tbilisi Şəhər Məhkəməsinin hakimi Koba Çaqunava rus qanunu əleyhinə aksiyada xüsusi təyinatlılar tərəfindən qanunsuz saxlanılan və döyülən “İşğal Əleyhinə Hərəkat”ın lideri Davit Katsaravanı 2000 lari məbləğində cərimələyib. Bundan əlavə, Katsarava 2 ilə qədər silah gəzdirmək hüququndan məhrum edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyi Davit Katsaravanın İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq və polis əməkdaşına qarşı şifahi təhqir etməsi faktlarını mübahisələndirib. Hakim Çaqunava dəlil olmadığı üçün xırda xuliqanlıq bölməsində prosesi dayandırıb və Katsaravanı polis məmurunu təhqir etdiyinə görə cinayətkar kimi tanıyıb.
Hakimin izahatına görə, Katsarava xüsusi təyinatlıların nümayəndələrinə müraciət edərək, onların Rusiya hökumətinin nümayəndələri adlandırıb ki, bu da Gürcüstanın maraqlarının müdafiəsinə xidmət edən şəxsləri təhqir etməkdir.
“Bu qərarla hakim partiya və məhkəmə xüsusi təyinatlıların mənə qarşı tətbiq etdiyi zorakılığa və işgəncəyə bərabər rəftara faktiki haqq qazandırdı”, - Katsarava məhkəmənin qərarını belə qiymətləndirib.
Davit Katsarava mayın 14-də saxlanılıb. Yayılan kadrlarda Katsaravanın xüsusi təyinatlılardan bir neçə metr aralıda dayanaraq onlara müraciət etdiyi görünür. “Ruslar bizdən 20 kilometr aralıdadır, siz isə rusların müdafiəçisi olmusunuz. Bilirsiniz hansı qanuna imza atıblar. Bilirsiniz ki, siz ruslar...”, - Katsarava hələ cümləsini bitirməmişdi ki, xüsusi təyinatlılar onun yanına qaçıb, tutub kordonun içərisinə aparıblar. Mülki fəalın sözlərinə görə, əlləri bağlı şəkildə onu beş dəfə [o cümlədən avtomobildə] döyüblər, başına və üzünə məqsədli zərbələr endiriblər.
Xüsusi İstintaq Xidmətində zorakılıq faktı üzrə Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “B” bəndi, yəni zor tətbiq etməklə və ya silahdan istifadə etməklə vəzifə səlahiyyətlərini aşma ilə bağlı istintaq başlayıb. Cinayət beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Davit Katsarava zərərçəkmiş kimi tanınsa da, Xüsusi İstintaq Xidməti indiyədək heç kimi saxlamayıb.
İyulun 5-də keçirilən prosesdəiki polis əməkdaşı Davit Katsaravanın əleyhinə ifadə verib. Onlardan biri Bidzina Cameraşvili bildirib ki, Katsarava xüsusi təyinatlıların əməkdaşlarını rus qulları adlandırıb, “o, qanuna söyürdü” və xüsusi təyinatlılar onu “vaxtında” saxlayıblar.