Mayın 10-una, qeyri-iş gününə parlamentdə Hüquq Məsələləri üzrə Komitənin iclası təyin olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Hökumətin qeyri-iş günü elan etdiyi mayın 10-u, cümə günü parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin iclası keçiriləcək. Müxalifət “Gürcü Arzusu”nun hələ dərc olunmş gündəliyə daxil edilmiş üç məsələ arasında yer almamasına baxmayaraq, rus qanununu üçüncü oxunuşda nəzərdən keçirəcəyini istisna etmir.

“Ru qanunu hələlik gündəmdə deyil, ancaq iclasın özündə məsələ əlavə oluna bilər və “Oçneba”nın yetəri qədər səsi var. Ola bilər ki, cümə günü üçüncü oxunuşda, komitədə qəbul olunsun. Bundan sonra plenar iclas (gələn həftə), veto və onun aşılması qalır - əvvəlcə komitədə, sonra plenar iclasda”, - “Lelo”nun üzvü, deputat Ana Natsvlişvili deyir.

Komitənin sədri Anri Oxanaşvili bildirib ki, rus qanununun müzakirəsi mayın 13-ü bazar ertəsinə planlaşdırılıb. “Heç olmasa Müqəddəs Yeddilikdə yalan danışmaqdan çəkinin”, - O, sosial şəbəkədəyazıb.

Parlamnetin Reqlamentinin 34-cü maddəsinə əsasən, komitənin iclasının gündəliyi komitənin sədri tərəfindən öz təşəbbüsü və ya komitə üzvünün/üzvlərinin xahişi ilə müəyyən edilir. Komitənin siyahı tərkibinin çoxluğunun tələbi olduqda komitənin sədri məsələni komitənin iclasının gündəliyinə daxil etməyə borcludur. Komitənin iclasında konstitusiyada nəzərdə tutulmuş məsələlər və qanun layihəsinə sürətləndirilmiş baxılması halları istisna olmaqla, iclasın gündəliyinə yeni məsələnin daxil edilməsinə yol verilmir.

Pasxadan sonrakı günlər - 7, 8 və 10 may,  hökumət tərəfindən qeyri-iş günü elan edilib.. 9 May - faşizm üzərində Qələbə günü artıq Əmək Məcəlləsinə görə qeyri-iş günüdür. Müxalifət hesab edir ki, “may tətili”nin tətbiqi rus qanununa etirazın zəifləməsinə xidmət edir.

Mayın 11-də Tbilisidə repressiv qanunun qəbuluna qarşı genişmiqyaslı nümayiş planlaşdırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur