ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Gürcüstanın Baş Naziri İrakli Kobaxidzenin ABŞ-ın keçmiş prezidenti və “respublikaçı” prezidentliyə namizədi Donald Trampa hücumun arxasında “Qlobal Müharibə Partiyası”nın dayanması barədə bəyanatını şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyulun 15-də keçirilən brifinqdə jurnalist əvvəlcə Millerdən şənbə günü baş verən hadisədən sonra Rusiyadaki reaksiyanı qiymətləndirməsini xahiş edib. Kreml bildirib ki, hücumu təhrik edən “atmosferi” Bayden administrasiyası yaradıb.
“Bunlar Kremlin inanılmaz dərəcədə məsuliyyətsiz şərhləridir... tamamilə həqiqətə uyğun deyil”, - Metyu Miller deyib.
Jurnalistin sözlərinə görə, baş nazirinin hadisənin arxasında “Qlobal Müharibə Partiyası”ın dayandığını deyən Gürcüstandan da oxşar şərhlər eşidilir.
“Mən bunun nə demək olduğunu heç bilmirəm. Hüquq-mühafizə orqanları istintaqdan, nəyi bildiklərindən və nəyi bilmədiklərindən danışıblar. Bu istintaq davam etdiyi müddətdə onlar istintaqın nəticələri ilə bağlı dəqiqləşdirmələr aparacaqlar.
Prezident Amerika ictimaiyyətindən xahiş edib ki, faktları bilənə qədər spekulyasiya edib, məsuliyyətsiz bəyanatlar verməsinlər. Eyni çağırışı xarici ölkələrə də edərdərdim”, – Metyu Miller bildirib.
İrakli Kobaxidze Trampa hücuma iki bəyanatla cavab verib. “Facebook” sosial şəbəkəsində yayımlanan gürcü dilindəki bəyanatında o, hücumu “Qlobal Müharibə Partiyası” ilə əlaqələndirib. “Qlobal Müharibə Partiyası öz üsullarını dəyişmir. 21-ci əsrdə Amerika və Avropada liberal faşizm, radikalizm, qütbləşmə, nifrət və siyasətçilərə qanlı hücumlar adi hala çevrilib”, – Kobaxidze yazıb, lakin “X”sosial şəbəksində dərc olunan ingilisdilli mətndə “Qlobal Müharibə Partiyası”ndan bəhs etmir.
Donald Trampa hücum iyulun 13-də Pensilvaniyada prezident seçkiləri kampaniyası çərçivəsində tərəfdarları ilə görüşü zamanı baş verib. Güllə Trampın qulağının yuxarı hissəsindən dəyib. ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatına görə, hücum edən şəxs 20 yaşlı Tomas Metyu Kruksdur. O öldürülüb. Hücum nəticəsində atışma zamanı üzərlərinə sərilərək ailəsini qoruyan bir vətəndaş həlak olub, daha iki nəfər isə yaralanıb. “FBI” hadisəni qətlə cəhd kimi araşdırır.
Prezident Co Bayden seçkidəki rəqibinə qarşı zorakılığı pisləyib və amerikalıları siyasətdə zorakılığı rədd etməyə çağırıb. “Amerikada biz fikir ayrılıqlarımızı güllə ilə deyil, seçki qutusunda həll edirik” - o, deyib. Bayden həmçinin qeyd edib ki, istintaq hələ də hücumçunun motivləri ilə bağlı heç bir konkret nəticə çıxarmayıb və bununla da hesab edir ki, etibarlı faktlar olmadığı halda internetdə çoxlu yalan iddialar və sui-qəsd nəzəriyyələri yayılmağa başlayıb.