Müdafiə sahəsində münasibətlərimizin 95-97%-i Rusiya ilə idi, indi bu mümkün deyil - Paşinyan

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanın bundan sonra Rusiya ilə müdafiə sahəsində keçmişdə olduğu kimi münasibəti olmayacaq.

“Əvvəllər müdafiə sahəsində əlaqələrimizin 95-97%-i Rusiya Federasiyasının payına düşürdü, indi bu, həm obyektiv, həm də subyektiv səbəblərdən mümkün deyil”, - Paşinyan fevralın 1-də ictimai radioya müsahibəsində deyib.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın silahlı qüvvələrin inkişaf konsepsiyasını dəyişməsi zəruridir: “2022-ci ilin yanvarında [silahlı qüvvələrin islahatı] konsepsiyası hazır idi, lakin 2022-ci ilin qış hadisələri göstərdi ki, biz bu konsepsiya ilə irəli gedə bilmərik. Təkcə konsepsiyaya malik olmaq yox, həm də onun həyata keçirilməsinin, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqla bağlı nə dərəcədə real olduğunu anlamaq lazımdır... Yeni sənədin ilin sonuna kimi qəbul ediləcəyi gözlənilir. Bununla belə, ölkələrlə münasibətlərə yenidən baxmalı və ölkənin müdafiə sektorunda kiminlə və necə əməkdaşlıq etməli olduğu anlayışını əks etdirməlidir”.

Ermənistanın baş naziri qeyd edib ki, ölkənin kiminlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməli olduğunu, Ermənistanın Hindistan, İran, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı əlaqələr qurduğunu anlamaq lazımdır.

“Biz ölkənin “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nda (KTMT) qalıb-qalmamasını və s. anlamalıyıq”, - Paşinyan bildirib.

Paşinyan həmin müsahibəsində bildirib ki, “KTMT” ən həlledici anda Ermənistanı öz problemləri ilə baş-başa buraxıb:

“Uzun müddət bizim təhlükəsizlik konsepsiyamız belə idi: Ermənistan “KTMT”nin üzvüdür, Dağlıq Qarabağ problemi beynəlxalq səviyyədə tanınmış münaqişədir, ona görə də Ermənistan üçün təhlükəsizlik problemi yoxdur, biz diqqəti Dağlıq Qarabağ probleminin həllinə yönəltməliyik. Məlum oldu ki, “KTMT” nəinki Ermənistanın təhlükəsizliyində öz payını təmin etməyib, əksinə, ən həlledici məqamda “gəlin öz problemlərinizi özünüz həll edin” deyib. Biz bu mühitdə yaşaya bilməli və mümkün qədər öz təhlükəsizliyimizi təmin etməliyik”.

Rusiya və Ermənistan uzun illərdir ki müttəfiqdirlər, Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşir, lakin son illər iki ölkə arasında münasibətlər daha da pisləşib. 2023-cü ilin yanvarında Ermənistan öz ərazisində “KTMT” təlimləri keçirməkdən imtina edib, iyulda Belarusda keçirilən təlimlərdə iştirak etməyib. Bununla yanaşı, noyabrda Nikol Paşinyan “KTMT”nin Minsk sammitində iştirak etməyib. Həmin il Ermənistan Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Haaqa Tribunalına qoşulub. 2023-cü ildə Ermənistan öz ərazisində ABŞ-la birgə hərbi təlimlər keçirib. Təlimin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur