Xilasedicilər fevralın 7-nə keçən gecə torpaq sürüşməsi nəticəsində 4 yaşayış evinin torpaq altında qaldığı Bağdati rayonunun Nerqeeti kəndində doqquz cəsədin hamısını aşkar ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İlkin məlumatlara gəlincə, məlum olduğu kimi, gecə saatlarında süxur tipli sürüşmə əmələ gəlib, nəticədə qayadan təxminən 150 min kubmetr kütlə qoparaq sürüşüb. Yaşayış evləri dağılıb və ziyan görüb. Sürüşmə anidən inkişaf edib. Praktiki olaraq bu hadisədən yayınmaq mümkün deyildi”, - Milli Ətraf Mühit Agentliyinin rəhbəri Vasil Qedevanişvili bildirib.
Onun sözlərinə görə, ailələrdən konkret açıqlama və ya bildiriş olmayıb, yalnız daş aşınma ilə bağlı bir bildiriş olub, bununla bağlı da rəy çıxarılıb, tövsiyyə verilib ki, bu da yaxınlıqdaki ərazi ilə əlaqədar olub və bu işə aidiyyatı yoxdur.
Agentliyin ilkin rəyinə görə, sürüşmə prosesinin başlaması və aktivləşməsi əsasən fevralın 5-6-7-də yağan bol atmosfer yağıntıları ilə əlaqədardır.
Sürüşmə 4 yaşayış evini tamamilə dağıdararaq Xantskaiı çayının sağ yamacından keçən mərkəzi avtomobil yolunu bağlayıb. 9 nəfər həlak olub.
Fevralın 6-da yağan güclü qar nəticəsində Xulo bələdiyyəsində qar uçqunu baş verib, Keada bələdiyyəsində isə sürüşmə prosesləri inkişaf edib. İki nəfər həlak olub. Həmin gün Xaraqauli bələdiyyəsinin Moliti kəndində torpaq sürüşməsi baş verib və dəmir yolunun hərəkəti dayandırılıb.
Torpaq sürüşməsi nəticəsində insanların həlak olduğu Bağdati və Kedanın kəndlərində təhlükə əvvəlcədən proqnozlaşdırılıb.
Bağdati rayonunun Nerqeeti kəndi 2022-ci ildə Milli Ətraf Mühit Agentliyinin təbii geoloji proseslərin xüsusilə gərgin ərazilər siyahısına daxil edilib. Həmin sənədə əsasən, Tsoniarisi kəndi də yüksək təhlükə zonasındadır.