“Bu, məcbur etmə taktikası deyil. Bu, cəmiyyətimizin bir hissəsi olmaq, o cümlədən uşaqlarınızın məktəbə getdiyi yer kimi şeylərdən faydalanmaq istəyirsinizsə, o zaman bu cəmiyyətin üzvü kimi davranmağa başlamalısınız. Bütün dediyimiz budur,” - ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Cim O’Brayen viza məhdudiyyətlərinin təkcə məmurlara deyil, həm də onların ailə üzvlərinə təsir edə biləcəyini təkrarlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Amerikalı diplomat “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin sanksiya siyahısında olub-olmayacağı sualına cavab verməyib. Cim O’Brayenin sözlərinə görə, dövlət katibinin verdiyi bəyanatda siyahının dərci nəzərdə tutulmur - “bu, qanunun bizə verdiyi hüquqdur”.
“Əlavə tədbirlər baxımından dövlət katibi qeyd etdi ki, biz mövcud olan bütün əməkdaşlığı nəzərdən keçirəcəyik və mən əvvəlcədən hər hansı əlavə konkret hərəkət elan etmək fikrində deyiləm”, - O’Brayen.
Dövlət katibinin müşaviri bir daha vurğulayıb ki, rus qanunu, onu əhatə edən ritorika və etirazçılara qarşı zorakılıq Avropa İttifaqı və NATO ilə irəliləmək seçiminə uyğun gəlmir.
“Mənim hökumət nümayəndələri, o cümlədən baş nazir və xarici işlər naziri ilə çox təfərrüatlı söhbətlərim olub ki, təklif olunan qanun, hesab edirik ki, Gürcüstanın qoyduğu yola uyğun gəlmir. Venesiya Komissiyası çox sərt rəylə çıxış edib və eyni fikri bildirib. Deməli, məsələ Gürcüstan hökumətinin rəhbərlərinin Avropa və transatlantik təşkilatlara qoşulmağın mənasını dəyişməyə çalışıb-çalışmamasıdır, bizim siyasətimizin dəyişib-dəyişməməsində deyil.
Bunun məcbur etmək olub-olmaması ilə bağlı şərhə gəlincə, yox, bu sadə məsələdir. Futbol oyununda iştirak etmək istədiyini deyirsənsə, deyə bilməzsən ki, bizim komanda 15 nəfərlə, siz yeddi nəfərlə, ya da biz əlavə topla oynayacağıq. Siz üzvü olmağa çalışdığınız klubun qaydaları ilə oynamalısınız. Məsələ ondadır ki, görülən hərəkətlər həm üzvlüyə can atmaqla, həm də faktiki üzvlük əldə etməklə bir araya sığmır”, - Cim O'Brayen bildirib.
Mayın 23-də dövlət katibi Entoni Blinken bəyan edib ki, ABŞ Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasətini qəbul edəcək və bu siyasət Gürcüstanın demokratiyasını sarsıtmaqda məsul və iştirakçı olan şəxslərə, eləcə də onların ailə üzvlərinə şamil ediləcək. Bundan əlavə, Blinken ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayır. “Gürcü Arzusu” nun siyasi şurası bu qərarı şantaj və “Gürcüstanın suverenliyini məhdudlaşdırmağa yönəlmiş kobud cəhd” kimi qiymətləndirib.