“Təəssüf ki, dövlət başçısı Salome xanımın konstitusiyanı pozduğu sübuta yetirildi. … ya əsəbiləşir, ya da kiminsə müxalifətçi olmasından qorxduğumuzu zənn edirsiniz?! Salome Zurabişvili müxalifətdə olarkən 1% reytinqə malik idi. “Gürcü Arzusu” bu şəxsi öz reytinqi xərcinə gətirib prezident təyin etdi”, - baş nazir İrakli Ğaribaşvili Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatını şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vətəndaşlarımızın bir hissəsi onun Gürcüstan siyasətinə Avropa standartını tətbiq edəcəyini gözləyirdi (hamı qanuna və konstitusiyaya hörmət edir), əksinə biz tamamilə əks mənzərə əldə etdik – xanım Salome bizə konstitusiyanı tanımadığını söylədi. Bu, biabırçı faktdır. Mən onun açıqlamalarına münasibət bildirməyəcəyəm. Ölkə prezidentinin konstitusiyanı pozması və belə bəyanatlar verməsi biabırçılıqdır”, - deyə İrakli Ğaribaşvili bildirib.
Oktyabrın 16-da Konstitusiya Məhkəməsi Gürcüstan prezidentinin hökumətin razılığı olmadan Aİ ölkələrinin liderləri ilə görüşərək Konstitusiyanı pozduğunu müəyyən edən qərarını dərc edib. Hakimlər Merab Turava, Eva Qotsiridze, Qiorqi Tevdoraşvili, Xviça Kikilaşvili, Manana Kobaxidze və Vasil Roinişvili qərarı dəstəkləyiblər. İrine İmerlişvili, Qiorqi Kverençxiladze və Teymuraz Tuğuşi fərqli fikir bildiriblər.
“Biz göstərdik ki, bu ölkədə heç kim qanundan üstün deyil.
Təbii ki, o üç hakim öz qiymətləndirmələrində yəqin ki, qərəzlidir, lakin mühakimə etməyəcəyəm.
Sizə deyim ki, bu gün ölkədə əmin-amanlıq, sabitlik hökm sürür. Bu gün dünyada baş verənləri görürsünüz. Çətin vəziyyətdir. Ukrayna, indi İsrail. İsraildə baş verən hazırkı hadisələr təkcə o region üçün deyil, bütün dünyaya çox böyük təsir edəcək çox narahatedici və çox çətin problemdir. Deməli, biz bütün diqqətimizi sülhün qorunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafa, ölkəmizin firavanlığına yönəltməliyik. Xalqımızın buna ehtiyacı var”, - Ğaribaşvili bildirib.
Konstitusiya Məhkəməsi tərəfindən qərarın açıqlanmasından sonra prezident bildirib ki, rəyi imzalayan bütün hakimlər utanmalıdır.
“Bu gün onlar Avropanın gələcəyini bir daşla öldürdülər, ya da cəhd etdilər, demokratiyanı da öldürdülər. Müxtəlif qollar arasında balansın olmadığı ölkə demokratik ölkə sayıla bilməz. Bu, “Oçneba” nın cəhdidir, lakin
“Oçnebanın” arzularının dövrü bitdi, mən onların arzularına doğrultmayacağam və heç yerə getməyəcəyəm. Qoy özləri fikirləşsinlər, hansı Salome Zurabişvili onlar üçüün daha yaxşı idi. Bu artıq məni maraqlandırmır. Məni bu ölkəyə harda daha çox fayda verərəcəyim maraqladırır - müstəqil siyasətçi kimi, və ya mandatını davam etdirəcək prezident kimi?
Bunun necə və nə olacağını bizə yaxın gələcək göstərəcək”, - prezident bildirib.
Parlament bu gündən prezidentin impiçmenti prosesinə başlayır. Prezidentin vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi lazımdır ki, “Gürcü Arzusu” da buna malik deyil. Parlament müxalifəti prezidentin impiçmentini dəstəkləmir və bu prosesi ölkənin Avropaya inteqrasiyasına maneə və təxribat hesab edir.