Gürcüstan parlamenti prezidentin “Milli Bank haqqında” üzvi qanununda dəyişikliklər layihəsinə qoyduğu vetonu 9 əleyhinə 82 lehinə səslə aşıb. Deputatların əksəriyyəti Salome Zurabişvilinin mövqeyi ilə razılaşmayıblar, ona görə qanunvericilik dəyişiklikləri konstitusiya orqanının - Milli Bankın idarəçiliyinə kobud müdaxiləyə gətirib çıxaracaq və onun müstəqilliyini məhdudlaşdırmaq cəhdi kimi qəbul edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Vetonun aşılması proseduru başlamazdan əvvəl “Gürcü Arzusu” Siyasi Şurası prezidentlə danışıqlar barədə məlumat yayıb. Xüsusilə, hakim partiyanın bəyanatına görə, əgər Salome Zurabişvili Parlamentin Milli Şurasının üzvlüyünə namizədlərdən biri kimi maliyyə naziri Laşa Xuçişvilini təqdim etsə, parlament vetonu aşmayacaqdı. Prezident isə Xuçişvilini təqdim etməkdən imtina edib. Administrasiyanın izahatına görə, Salome Zurabişvilidə onun müstəqilliyi ilə bağlı suallar var idi ki, bu da “hökumət tərəfindən Laşa Xuçişvilinin təqdim edilməsinin qəti tələbi, prezidentə daimi təzyiq və şantajlar”la gücləndi.
Qanunvericilik dəyişikliyinə əsasən, Milli Bank Şurasına yeni icraçı vəzifə - birinci vitse-prezident vəzifəsi daxil edilir. Birinci vitse-prezident, Milli Bankın prezidenti olmadıqda onun öhdəliklərini yerinə yetirir, o, öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə isə prezident səlahiyyətlərini Milli Bank Şurası vitse-prezidentlərindən biri icra edir. Yeni qanuna əsasən, Milli Bankın İdarə Heyətində 5 icraçı və 4 qeyri-icraçı üzv olacaq və bununla da idarə heyətinin müstəqil nəzarət orqanı kimi rolu aradan qaldırılacaq.
Müxalifət deputatları hesab edirlər ki, qanuna dəyişikliklərin edilməsində əsl məqsədi “Gürcü Arzusu”nun Milli Bank üzərində nəzarəti bərqərar etməsidir.
“Qanun layihəsi parlamentə, hökumətdə Milli Bank üzərində tam nəzarəti itirə biləcəyi hissi yarandığı bir vaxtda təqdim edilib. Prezidentin vetosunu niyə dərhal aşmadıq? Çünki sizin əksəriyyətiniz prezidentlə razılığa gələ biləcəyinizi və onun istədiyiniz namizədi parlamentə təqdim edəcəyini ümid edirdiniz. Onda sizi daha heç bir institusional dəyişiklik maraqlandırmırdı - nə vitse-prezidentlərin əlavə olunması, nə də kiməsə “birinci” adının verilməsi. Bu qanun layihəsi, bir çox başqaları kimi keçmişdə qalacaqdı. Yəni, əsas olan nədir? Bankda rəhbər siz istəyən şəxs olsun.
Bəli, əvvəlki hakimiyyət parlament və qanunvericiliyi məhz belə istifadə edirdi – haradasa kimsə, nəsə xoşuna gəlmirdisə, gedib, hər şeydən yan keçərək bunu edirdilər. Bu qanun layihəsində qeyd olunur ki, biz Saakaşvilinin hərəkətindən heç nə öyrənməmişik və biz də eyni şeyi edəcəyik”, - deyə “Lelo”nun üzvü Davit Usupaşvili plenar iclasda çıxışı zamanı bildirib.
“Edilən hər şey, yalnız partiyaya tabe olan şəxsin Milli Bankın prezidenti təyin edilməsinə yönəlib”, - “Avrooptimistlər” siyasi qrupunun sədri, Gürcüstan Milli Bankının keçmiş prezidenti (2005-2007) Roman Qotsiridze bildirib.
“Gürcü Arzusu”nun deputatlarının (Paata Kvijinadze, İrakli Zarkua, Qoqi Meşveliani, Rima Beradze və Anton Obolaşvili) təşəbbüsü ilə “Gürcüstanın Milli Bankı haqqında” qanuna düzəlişlərini parlament fevralın 9-da qəbul edib. Qanunvericilik dəyişikliyinə qədər, mövcud qanuna əsasən, Milli Bankın prezidenti olmadıqda onun səlahiyyətlərini üç vitse-prezidentdən biri yerinə yetirirdi. Dəyişikliklərin müəlliflərinin fikrincə, hər hansı vitse-prezidentə öhdəliklərin hansı prosedurla verilməsi aydın deyildi.
Fevralın 23-də prezident Salome Zurabişvili veto hüququndan istifadə edib. “Mövcud üç vitse-prezidentdən hər hansı birinin prezident səlahiyyətlərini sərbəst şəkildə icra edə biləcəyi bir anda, əlavə vitse-prezident vəzifəsinə nə ehtiyac var ki. Bunu təcrübə də təsdiqləyir”, - deyə o bildirib.
Beynəlxalq Valyuta Fondu prezidentin vetosunu təqdir edib.
Hazırda Milli Bankın İdarə Heyətinin qanunda nəzərdə tutulan 9 üzvü əvəzinə 7 üzvü var: Arçil Mestvirişvili (Vitse-prezident, Prezident səlahiyyətlərini icra edən), Papuna Lejava (Vitse-prezident), Nikoloz Qaqua (Vitse-prezident), Natia Turnava (keçmiş iqtisadiyyat naziri), Ekaterine Mikabadze (keçmiş iqtisadiyyat nazirinin müavini), Ekaterine Qaldava (İnfrastruktur Nazirliyinin müşaviri, Bank “Kartu”nun audit şöbəsinin keçmiş rəhbəri), Robert Sinqletary (maliyyə sektorunun inkişafı üzrə mütəxəssis). İki icraçı üzv yeri vakantdır.
Hal-hazırda Milli Bankın prezidenti yoxdur, çünki Koba Qvenetadzenin səlahiyyət müddəti martda başa çatıb. O vaxtdan bəri prezident vəzifəsini səlahiyyət müddəti dekabrın əvvəlində başa çatacaq olan Arçil Mestvirişvili icra edir.