Gürcüstan parlamenti Seçki Məcəlləsində dəyişikliklərlə bağlı prezident Salome Zurabişvilinin vetosunu aşıb və Avropa Komissiyasının mənfi qiymətləndirməsinə baxmayaraq, 14 əleyhinə 78 lehinə səslə qanun layihəsinin birinci variantını qəbul edib. Dəyişikliklər Mərkəzi Seçki Komissiyasının sədri və üzvlərinin təyin edilməsi prosesində prezidentin rolunu məhdudlaşdırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən qanunvericilik dəyişiklikləri nəticəsində MSK sədri və 7 eyni adlı partiyadan kənar, peşəkar üzv seçilməsi üçün müsabiqəni və müsabiqə komissiyası yaradılmasını prezident əvəzinə parlament sədri elan edəcək. Komissiya 9 üzvdən ibarət olacaq, o cümlədən biri prezidentin nümayəndəsi olacaq. Dəyişikliklərə əsasən, parlamentə MSK sədrinin və MSK üzvlərinin namizədliklərini parlament sədri (Prezident əvəzinə) təqdim edəcək. Parlament birinci instansiyada vakant vəzifələrə şəxsləri seçə bilməsə ki, bu da, aşağı ehtimaldır, prezident öz namizədlərini parlamentə təqdim etmək səlahiyyətinə malik olacaq. Dəyişikliklərə əsasən, parlament MSK sədrini və üzvlərini, parlamentin tam tərkibinin çoxluğu, yəni 76 deputatın dəstəyi ilə 5 il müddətinə seçəcək. Seçki Məcəlləsinin hazırkı redaksiyasına görə, MSK sədrinin və üzvlərinin 5 il müddətinə seçilməsi üçün parlamentin tam tərkibinin 2/3-nin, yəni 100 deputatın dəstəyi tələb olunur. 2/3-dən az dəstək ilə seçildiyi halda, onların səlahiyyət müddəti cəmi 6 aydır.
Bu gün parlamentin növbədənkənar sessiyasının plenar iclasında prezidentin motivasiya xarakterli fikirlərini onun parlament katibi Qiorqi Msxiladze təqdim edib.
“Gürcüstanın prezidenti partiyadan kənar rəsmi şəxs olduğu və Gürcüstan parlamentinin sədrinin, bu vəziyyətdə hakim komandanın üzvü və parlament çoxluğu tərəfindən seçildiyi halda, MSK-nın eyni adlı partiyadan kənar, peşəkar üzvlərinin və sədrinin seçilməsi prosesində prezidentin rolunun əhəmiyyətli dərəcədə azaldılması əsassız hesab edilməlidir”, - Msxiladze bildirib.
Prezident, MSK-ın eyni adlı peşəkar üzvlərinin və sədrinin seçilməsi üçün parlament prosedurunda konsensusun zəruriliyi qorunmalı olmasını - “onların seçilməsinin faktiki olaraq, birpartiyalı qaydada, yalnız parlament çoxluğu tərəfindən həyata keçirilməməsi və müstəqil və bitərəf sədr/üzv qurumunun mövcudluğuna təhdid yaranmaması üçün” vacib hesab edib.
Prezidentin parlament katibi, Avropa Komissiyasının 22 iyun tarixli, parlamentin qəbul etdiyi qanunvericilik dəyişikliklərini tənqid edildiyi və seçki qanunvericiliyinin çərçivəsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyənin yerinə yetirilməsi üçün onların ləğv edilməsinə ehtiyac olduğunun qeyd edildiyi hesabatına diqqət yetirib.
“Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı qərarın qəbuluna çox az vaxt qaldığını və bizim hər bir addımımızın həlledici əhəmiyyət daşıdığını nəzərə alaraq, sizi qeyd olunan vetonu aşmamağa, əsaslandırılmış iradları nəzərə almağa və parlamentdə MSK sədri və üzvlərinin seçilməsi ilə bağlı məsləhətləşmələri davam etdirməyə çağırıram”, - Msxiladze qeyd edib.
“Gürcü Arzusu”nun son məqsədinin MSK sədrinin hakim partiya üçün etibarlı şəxs olması olduğunu hesab edən parlament müxalifətinin üzvləri seçki məcəlləsində dəyişikliklərə qarşı çıxıblar.
“Bəlkə Qiorqi Kalandarişvili barədə (MSK sədrinin səlahiyyətlərini icra edən – red.) heç bir xüsusi idam olmasın, amma gəlin sual verək, bu niyə problemə çevrilib? Niyə bir nəfər üzərində durduq? Niyə hər halda Kalandarişvili [MSK sədri]? Başqa adam çıxmazdı? Bütün bunlar ona görə başladı ki, siz “Gürcü Arzusu” Kalandarişvilini istəyirdiniz və müxtəlif səbəblərdən konsensus əldə olunmadı. Başqa adam yoxdur? Ölkəmizdə bu vəzifəni istəyənlər kifayət qədərdir, ancaq izə şəxsi etibarınızın olduğu biri lazımdır. Etibar havada qazanılmır”, - “Qirçi”nin üzvü Aleksandre Rakviaşvili deyib.
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, prezident sifarişlə hərəkət edirdi və MSK-da süni şəkildə böhran yaratmağa çalışırdı.
“İki ildən artıqdır ki, MSK-da tam seçilmiş sədr və iki üzvümüz yoxdur. Hazırkı sədr kimi Qiorqi Kalandarişvili və həmçinin iki üzv var ki, onlar ölkə daxilində yerli özünüidarə seçkiləri və bir sıra aralıq seçkilər də daxil olmaqla bir neçə seçki keçiriblər. Xatırlatmaq istərdim ki, bu seçkilərin heç biri ilə bağlı heç bir tənqidi xəbərdarlıqlar olmayıb. Bu insanlar yenidən müsabiqədə iştirak edirlər; Müsabiqə göstərir ki, onlar öz səriştələrinə, dürüstlüklərinə görə ən yaxşılarıdır, lakin prezident tərəfindən yenə də namizədlikləri irəli sürülmür. Bəhanə odur ki, o vaxtkı rejimin nümayəndələri Kalandarişvilini və MSK-nın iki üzvünü dəstəkləmirlər”, - Kobaxidze bildirib.
Hazırda MSK-nın sədri vəzifəsini Qiorqi Kalandarişvili icra edir. Parlamentin 2022-ci il dekabrın 22-də keçirilən növbədənkənar iclasında, MSK sədrliyinə prezident Salome Zurabişvilinin irəli sürdüyü iki namizəddən biri, Tamar Alfaidze heç bir deputat tərəfindən dəstəklənməyib və digər namizəd Revaz Eqadzeyə yalnız bir deputat səs verib. Seçim müsabiqəsində Qiorqi Kalandarişvili də iştirak edib, lakin prezident onun namizədliyini parlamentə təqdim etməyib və bunu, əvvəlki iki halda Kalandarişvilinin parlamentin tam tərkibinin 2/3-nin dəstəyini ala bilməməsi və müvafiq olaraq, bu vəzifəyə 6-6 ay müddətinə seçilməsi ilə izah edib.