Gürcüstan prezidenti Salome Zurabişvili MSK sədrinin və üzvlərinin seçilməsi prosedurunu dəyişdirən Seçki Məcəlləsinə parlament tərəfindən qəbul edilmiş dəyişikliklərə veto qoyub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mövcud qanuna görə, MSK sədrinin və üzvlərinin seçilməsi üçün müsabiqə elan edilir və namizədlərin seçim komissiyası prezident tərəfindən yaradılır. Seçilmiş namizədləri parlamentə prezident təqdim edir. Dəyişikliklərə əsasən, komissiyanın yaradılması, namizədlərin seçilməsi və təqdimi parlamentin sədri, yekun seçkilər isə parlamentin sadə səs çoxluğu ilə həyata keçiriləcək ki, bu da prezidentin fikrincə, təkpartiyalı qərar qəbulu deməkdir.
“100 səs əvəzinə sədr və üzvlərin 76 səsi ilə seçmək konsensusa əsaslanan qərarlara ehtiyacı aradan qaldırır və qütbləşmə riskini artırır. Veto, məhz bu konsensusu saxlamaq məqsədinə xidmət edir”, - prezident bildirir.
Salome Zurabişvili parlamentə təklif edir ki, MSK sədri və üzvləri Xalq Müdafiəçisi halında olduğu kimi, ən azı 90 səslə seçilməlidir. Prezident hesab edir ki, bu, seçkilərə və seçki administrasiyasına etimadı qorumaq və gücləndirmək üçün lazımdır.
Parlament Seçki Məcəlləsinə dəyişiklikləri iyunun 13-də, üçüncü və yekun oxunuşda qəbul edib. Qanun layihəsinin təşəbbüskarları “Gürcü Arzusu”nun üzvləri - Mamuka Mdinaradze, Qivi Mikanadze, Davit Matikaşvili, Rati İonatamişvili və İrakli Şatakişvili olub.
Seçki qanunvericiliyinin təkmilləşdirilməsi, Gürcüstanın Aİ-yə namizəd statusu alması üçün müəyyən edilmiş 12 şərtdən biridir. İyunun 22-də qonşuluq siyasəti və genişlənmə üzrə Avrokomissar Oliver Varhei bəyan edib ki, Gürcüstan bu istiqamətdə “müəyyən irəliləyiş əldə edib”. Avropa Komissiyası Gürcüstanı Mərkəzi Seçki Komissiyasının sədrinin təyin edilməsi prosedurunu dəyişdirən seçki qanunvericiliyində dəyişikliklərdən imtina etməyə çağırır.