Mart ayında “Agentlər haqqında” rus qanununu dəstəkləməyən Saburtalonun “Gürcü Arzusu”ndan majoritar deputatı Davit Sergenkonun parlament üzvlüyü səlahiyyətlərinə xitam verilir. Prosedur Məsələləri və Qaydalar Komitəsi bu məsələni iyulun 14-də müzakirə edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən bildiyimə görə, qayıbların yarıdan çoxu yığılıb və buna görə də bu məsələ komitədə müzakirə olunacaq,lakin, hələ qərar qəbul olunmayıb”, - deyə “Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Kobaxidzenin sözlərinə görə, Davit Sergenko ilə məsləhətləşmələr aparılacaq: “Bizim dostca məsləhətləşmələrimiz olacaq və bunun əsasında cənab Davitin parlamentdə fəaliyyətini davam etdirməyi nə qədər istəməsi ilə bağlı qərar verəcəyik”, - Kobaxidze bildirib.
Parlamentin reqlamentinə görə, deputatın səlahiyyətlərinə xitam verilməsi üçün əsaslardan biri də deputatın üzürsüz səbəbdən sessiya müddətində iclasların yarıdan çoxunda iştirak etməməsidir.
“Gürcü Arzusu” martın 7-də 76 səslə hökumətdən maliyyə cəhətdən asılı olmayan qeyri-hökumət təşkilatlarını və KİV-ləri xarici təsir agentləri elan edən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. “Gürcü Arzusu”nun deputatları İrakli Kovzanadze, Vladimir Çaçibaia, Nino İobaşvili, Davit Sergenko, Qiorqi Xelaşvili, Elquca Qotsiridze, İrakli Medzmariaşvili və Ketevan Dumbadze qanun layihəsini dəstəkləməyiblər. Səsvermədən bir neçə saat sonra Ketevan Dumbadze və İrakli Medzmariaşvili qanun layihəsini dəstəklədiklərini, lakin texniki səhvə görə onların səslərinin düzgün əks olunmadığını bildiriblər. İrakli Kovzanadze, Elquca Qotsiridze və Nino Yobaşvili sessiyada iştirak etməyiblər.
Parlament çoxluğunun üzvü, Qurcaani, Siğnaği, Dedoplistskaro və Saqareco rayonlarının majoritar deputatı Davit Sonğulaşvili rus qanunlarını dəstəklədiyinə görə üzr istəyib. O rəsmi “Facebook” səhifəsində yazıb: “Mən şəxsi məsuliyyətdən qaçmamışam və hesab edirəm ki, özüm də böyük səhv etmişəm”. O, tezliklə bu bəyanatını silib, sonra isə deyib ki, əsas məsələ öz mövqeyini bildirməkdir və bu postu niyə sildiyinin“artıq əhəmiyyəti yoxdur”.
Məlumat yayılırdı ki, “Gürcü Arzusu” rus qanununun qəbuluna səs verməyən deputatlardan deputat mandatlarını tərk etməsini etələb edib.
Az sonra Vladimir Çaçibaia və Nino İobaşvili baş nazir İrakli Ğaribaşvilinin, Qiorqi Xelaşvili isə parlament sədrinin müşaviri təyin ediliblər. İrakli Kovzanadze mandatdan imtina edib. Davit Sergenko parlamenti tərk etməsini mediaya da şərh edib, onun sözlərinə görə bu məsələdə partiya rəhbərliyinin balanslaşdırılmış mövqeyini gözləyirdi.
“Gürcü Arzusu” rus qanunlarını qəbul etməkdən Rustaveli prospektində keçirilən çoxminlik etiraz aksiyası və misli görünməmiş beynəlxalq təzyiqlərdən sonra imtina edib. Martın 7-9-da hakimiyyət gözyaşardıcı qaz, su şırnaqları və bibər qazından istifadə edərək aksiyaları dağıdıb.