Prezident Salome Zurabişvili Milli Bankın İdarə Heyətinin iki vakant üzvlük vəzifəsinə Qiorqi Bakradze və Dimitri Caparidzenin namizədliyini parlamentə təqdim edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İqtisadçı Qiorqi Bakradze 2010-cu ildən Milli Bank prezidentinin müşaviri və Monetar Siyasət Komitəsinin üzvü olub. O, bir neçə universitetdə dəvət olunmuş mühazirəçi və professor statusuna malikdir, burada bakalavr və magistr tələbələrinə mühazirələr oxuyur. Qiorqi Bakradze təhsilini Gürcüstanda və Amerika Birləşmiş Ştatlarında alıb.
Biznesin idarə edilməsi üzrə doktor, Dimitri Caparidze İlya Dövlət Universitetinin İqtisadiyyat və Biznes İnstitutunun direktoru və “Ziraat Bank - Georgia”nın Müşahidə Şurasının müstəqil üzvüdür. 2013-2016-cı illərdə dəvət olunmuş tədqiqatçı olduğu Kolumbiya (ABŞ), Limerik (İrlandiya), Kentukki (ABŞ) və Kembric (Birləşmiş Krallıq) universitetlərində təqaüd alıb.
Milli Bankın idarə heyətinin üzvlərinin təqdimatı prezidentlə “Gürcü arzusu” arasında mübahisə obyektinə çevrilib. Hakim partiya Salome Zurabişvilinin Laşa Xutişvilini namizədlərdən biri kimi təqdim etməsini istəyirdi.
“Gürcü Arzusu” Siyasi Şurasının iyunun 7-də verdiyi açıqlamaya görə, prezidentlə razılıq əldə olunubmuş ki, əgər o, Laşa Xucişvilini Milli Şuranın üzvlüyünə namizəd kimi parlamentə təqdim etsə, parlament Prezidentin Milli Bank haqqında qanunaqoyduğu vetonu aşmayacaq. Prezident Xucişvilini təqdim etməkdən imtina edibAdministrasiyanın izah etdiyi kimi, Salome Zurabişvilinin onun müstəqilliyi ilə bağlı sualları var olub ki, bu da “hökumətin Laşa Xucişvilini təqdim edilməsi üçün qəti tələbi, prezidentə daimi təzyiq və şantaj”ı ilə möhkəmlənib.
İyunun 13-də, parlament “Milli Bank haqqında” üzvi qanuna dəyişikliklər layihəsinə 82 lehinə 9 əleyhinə səslə veto qoyub. Parlament çoxluğu prezidentin qanunvericilik dəyişikliklərinin konstitusiya qurumunun idarəçiliyinə kobud müdaxiləyə gətirib çıxaracağı və onun müstəqilliyinin məhdudlaşdırılması cəhdi kimi qəbul edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayıb.
Dəyişikliyə əsasən, Milli Bankın İdarə Heyətinə yeni icraçı vəzifə - birinci vitse-prezident vəzifəsi daxil edilir. Birinci vitse-prezident Milli Bankın prezidenti olmadıqda onun vəzifələrini yerinə yetirir, o, öz səlahiyyətlərini həyata keçirə bilmədikdə isə Milli Bankın prezidenti öhdəliklərini Milli Bankın İdarə Heytinin vitse-prezidentlərindən biri icra edir.
Müxalifət deputatları hesab edirlər ki, qanuna dəyişikliklərin edilməsində əsl məqsəd “Gürcü Arzusu”nun Milli Bank üzərində nəzarəti bərqərar etməsidir.
Milli Bankın İdarə Heyətinin üzvləri Gürcüstan Prezidentinin təqdimatı ilə, Gürcüstan Parlamenti tərəfindən, üzv tərkibinin səs çoxluğu ilə 7 il müddətinə seçilir.