Priqojin bildirib ki, onun döyüşçüləri qan tökülməsin deyə geri qayıdırlar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

 

“Vaqner”in təsisçisi Yevgeni Priqojin bildirib ki, onun Rusiya paytaxtından 200 kilometr məsafədə olan muzdluları çöl düşərgələrinə qayıdırlar.

“Onlar “Vaqner” özəl hərbi şirkətini dağıtmaq etmək istəyirdilər. İyunun 23-də “Ədalət marşı”na başladıq və gecə-gündüz ərzində Moskvaya 200 kilometr yaxınlığadək irəlilədik. Bu müddət ərzində döyüşçülərimizin bir damla qanı belə tökülmədi. İndi, qan tökülə biləcəyi an gəlib çatıb.

Ona görə də, biz, tərəflərdən birində rus qanının töküləcəyinə görə bütün məsuliyyəti dərk edirik, konvoylarımızı geri qaytarırıq və plana uyğun olaraq əks istiqamətə, çöl düşərgələrinə gedirik”. Priqojin səsli müraciətində deyir.

Onun bəyanatından əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti Priqojinin konvoyunun Moskvaya hərəkətini dayandırmağa razı olduğu barədə məlumat yayıb.

“Danışıqlar gün ərzində davam edib və nəticədə Rusiya ərazisində qanlı qırğınların yolverilməzliyi barədə razılıq əldə olunub. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyada “Vaqner” silahlılarının hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün növbəti addımlar atmaq təklifini qəbul edib. Lukaşenkonun mətbuat xidməti bildirib ki, hazırda “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyəti həll etmək üçün, masada tamamilə sərfəli və məqbul variant var.

Rusiya hökumətinin nümayəndələri hələlik bu məsələyə münasibət bildirməyiblər.

 İyunun 23-də,“Vaqner”in təsisçisi, Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqnerlilər”in düşərgələrini bombalamaqda ittiham etmiş və “ədalət yürüşü”nə başlayacağına söz vermişdi. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedirdi.

“Rusiya hərbi rəhbərliyinin törətdiyi şər dayandırılmalıdır”, - deyə Priqojin bildirib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edib.

İyunun 24-də, “Vaqner” Ukrayna sərhədinə yaxınlığında yerləşən Rostov-Donda hərbi obyektlər, o cümlədən aerodrom üzərində nəzarəti bərqərar edib və Moskvaya doğru irəliləməyə başlayıb.

Rusiya prezidenti Vladimir Putin Priqojinin hərəkətini “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.

“Hərbi qiyam təşkil edən və hazırlayan, əsgər yoldaşlarına silah qaldıran Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən onların bu cinayətə cəlb etməyə çalışdıqları şəxsləri ölümcül və faciəli səhvə yol verməməyə, yeganə düzgün seçimi etməyə – cinayət əməllərində iştirakdan çəkinməyə çağırıram”, - Putin bildirib.

Rusiya hökuməti Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edib. Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur