Gürcüstan Prokurorluğu pedaqoq Lado Apxazava və onun oğluna qarşı fiziki zorakılıqda bir nəfərə qarşı ittiham irəli sürüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İstintaq müəyyən edib ki, 2024-cü il mayın 5-də Lançxuti şəhərində sərxoş vəziyyətdə olan K.P qonşuluqda yaşayan iki nəfərə fiziki təzyiq göstərib, xüsusən də onların hər ikisinin sifətinə şillə vurub”, - prokurorluqdan bildiriblər.
K.P-ə Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi, iki şəxsə qarşı zorakılıq törətməyi nəzərdə tutan və iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan “C” bəndi ilə ittiham irəli sürülüb.
Prokurorluqdan verilən məlumata görə, onlar həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcəklər. İttiham tərəfinin hücumçuya həbs cəzası tələb edib-etməyəcəyi məlum deyil.
Milli müəllim mükafatının sahibi Lado Apxazava deyib ki, ona iki nəfər taxta dəyənəklə hücum edib. O və 20 yaşlı oğlu şifahi və fiziki zorakılığa məruz qalıb. Pedaqoqun sözlərinə görə, buna səbəb onun rus qanunu əleyhinə aksiyalara çıxması və sosial şəbəkələrdə fikrini açıq bildirməsi olub.
600-ə yaxın müəllim Lado Apxazavaya həmrəyliklərini bəyan ediblər. Onlar hüquq-mühafizə orqanlarını zorakılıq faktını vaxtında və operativ şəkildə araşdırmağa çağırıblar.