Qaxariyanın Partiyası: “Oçneba” hərəkətləri real vətəndaş qarşıdurması təhlükəsi yaradır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Keçmiş baş nazir Qiorqi Qaxariyanın “Gürcüstan Naminə” partiyası rus qanununa qarşı etiraz aksiyası iştirakçılarına hücuma münasibət bildirir və bəyan edir ki, hakim partiyanın son hərəkətləri vətəndaş qarşıdurması təhlükəsi yaradır.

“Dünən İvanişvili gürcüləri və gəncləri öz zonderlərinə döydürüb. “Milli Hərəkat”ın hakimiyyəti dövründə də fərqli düşünənlərə qarşı da eyni cəza tədbirlərini həyata keçirən zonderlərə. İvanişvili zorakı və korrupsioner hakimlərlə yanaşı, “Milli Hərəkat”ın zonderlərini və onların üsullarını da mənimsədi.

Bu qorxu və zəiflik əlamətidir. “Milli Hərəkat” belə sonlandı. “Oçneba” da beləcə sonlanacaq. “Oçneba”nın son hərəkətləri real vətəndaş qarşıdurması təhlükəsi yaradır. Biz Gürcüstan vətəndaşları əvvəldən vətəndaş qarşıdurmasından qaçmalı, ölkəni 26 oktyabra sülhlə gətirməliyik və Avropa perspektivini Gürcüstana qaytarmalıyıq”, - Qaxariyanın partiyasının bəyanatında deyilir.

Rus qanuna etiraz edən aksiya iştirakçılarına gecə saatlarında hücuma olunub. Gənclər evə qayıdarkən Qəhrəmanlar Meydanı ilə Çar Tamar Körpüsü arasındakı hissədə 10-dan çox şəxsin hücumuna və fiziki təzyiqə məruz qalıblar. Hücumun videogörüntüləri ilə hücum edənlərin istifadə etdiyi avtomobillər, həmçinin bir neçə nəfər - Condo Uriadşveli, Qiorqi Ubilava, Zura Xaratişvili, Davit Cavaxia və Dima Çumburidze müəyyən edilib. “Gürcüstan Xəbərləri” səhərdən Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən istintaqa başlanılıb-başlanılmadığı, hücum edənlərin həbs edilib-edilməməsi ilə bağlı cavab gözləyir.

Aprelin 15-dən bəri Tbilisidə hər gün rus qanununa qarşı on minlərlə insanın  iştirak etdiyi aksiyalar keçirilir. Hakimiyyət dinc nümayişçilərə qarşı dəfələrlə gözyaşardıcı qaz, bibər qazı və su şırnaqlarından istifadə edib. Vətəndaşlar rezin güllələrlə də yaralanıblar, lakin, Daxili İşlər Nazirliyi ondan istifadə edilməsini təkzib edir.

Qeyri-hökumət təşkilatlarının qiymətləndirməsinə görə, aprelin 30-na keçən gecə və mayın 1-i sübh çağı Daxili İşlər Nazirliyinin Rustaveli prospektində keçirilən dinc aksiyanı dağıtması qanunsuz və qeyri-mütənasib, işgəncə və qeyri-insani,  alçaldıcı rəftar ehtiva edici xarakter daşıyır.

Rus qanunu əleyhinə keçirilən aksiyalar zamanı 100-dən çox nümayişçi, o cümlədən siyasətçilər xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq bəhanəsi ilə saxlanılıb. Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri müxalifətçi parlament üzvləri - Aleksandre ElisaşviliLevan Xabeişviliyə fiziki hücumlar edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur