Qeyri-hökumət təşkilatları mülki fəal Nata Peradzenin həbsini şərh ediblər və apellyasiya məhkəməsini şəhər məhkəməsinin çıxardığı hökmə yenidən baxmağa çağırıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Birgə bəyanatda 16 qeyri-hökumət təşkilatı qeyd edir ki, Peradzeyə tətbiq edilən sanksiya - həbs qeyri-mütənasibdir.
“İnzibati Xətalar Məcəlləsinə görə azadlıqdan məhrum etmə cəzası müəyyən edilir və yalnız müstəsna hallarda tətbiq edilir. Stalinin təsvirinin Sameba Kafedralında yerləşdirilməsinə qarşı bu cür şiddət və zorakılıq ehtiva etməyən etiraz ifadəsinin bu cür ağır və bu müddət ilə cəzalandırılması Avropa İnsan Haqları Məhkəməsi tərəfindən müəyyən edilmiş mütənasiblik standartlarını pozur.
Əhəmiyyətli olan odur ki, Nata Peradzenin qanunsuz cəzalandırılması bir vaxtlar Avropa İnsan Haqları Məhkəməsinin də müzakirə predmetinə çevrilib və o zaman məhkəmə fəallara tətbiq edilən sanksiyanı qeyri-mütənasib kimi qiymətləndirib. Müvafiq olaraq, biz Tbilisi Apellyasiya Məhkəməsini mövcud beynəlxalq qanunvericiliyi rəhbər tutmağa və insan hüquqlarına uyğun qərar qəbul etməyə çağırırıq”, - deyə qeyri-hökumət təşkilatları müraciətində bildiriblər.
Bəyanatı imzalayırlar: “İnsan Haqları Mərkəzi”, “Şərqi Avropa Çoxpartiyalı Demokratiya Mərkəzi”, “Demokratiyanın Tədqiqat İnstitutu”, “Demokratiya Müdafiəçiləri”, “Tbilisi Prayd”, “Yaşıl Alternativ”, “İnsan Haqları Naminə Tərəfdaşlıq”, “Sovet Keçmişinin Öyrənilməsi Laboratoriyası”, “Beynəlxalq Şəffaflıq- Gürcüstan”, “Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət”, “Vətəndaş Cəmiyyəti Fondu”, “Gürcüstan Demokratik Təşəbbüsü”, “Gürcüstan İslahatlar Assosiasiyası”, “Gürcüstan Məhkəməsi Mühafizəçisi”, “İşgəncə Qurbanlarının Psixososial və Tibbi Reabilitasiyası Mərkəzi”, “Qadınlar Ümumi Gələcək Naminə”.
Fevralın 2-də Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Şçerbakov Nata Peradzeni Moskvalı Matrona ikonasına boya tökdüyünə görə qanunu pozan şəxs kimi tanıyıb və ona 5 gün inzibati həbs cəzası verib. Mülki fəalın evindəcə qolunu qandallayıblar.
“Bu, Stalinə qarşı edilən təhqir idi, bir saniyə belə peşman deyiləm. İndiyə qədər cərimələrdən istifadə edirdilər, gördülər ki, cərimələrin məbləği yığılıb, bu, bizə mane olmurdu, indi də bu qorxutma üsuluna keçiblər. Üstəlik, “Alt İnfo”ya nəvaziş göstərirlər – baxın sizin müqəddəs Stalininizi təhqir etdiyinə görə bir adamı həbsə atırıq. Məni həbsxanaya apardıqlarına görə təəssüflənirlər”, - deyə Peradze həbs zamanı bildirib.
Nata Peradzeni müdafiə edən “Gənc Hüquqşünaslar Assosiasiyası” Şəhər Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət edib. Vəkil Juba Katamadzenin sözlərinə görə, hakim Şçerbakovun qərarı qanunsuz və əsassızdır, o, hakimin cərimə əvəzinə niyə həbsdən istifadə etdiyini başa düşmür.
Yanvarın 9-da Nata Peradze Müqəddəs Sameba Kafedralında Stalinin təsviri olan Moskvalı Matronanın ikonasına mavi akril boya töküb. O, hadisənin videosunu sosial şəbəkədə paylaşıb. Həmin gün Daxili İşlər Nazirliyində İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsinin xırda xuliqanlığı nəzərdə tutan birinci hissəsi ilə araşdırma başlayıb. Bu pozuntuya görə 500-dən 1000 lariyə qədər cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulur.
Stalinin təsviri olan ikona kilsəyə rusyönümlü “Patriotlar Alyansı” partiyasının liderləri tərəfindən hədiyyə edilib.
Rusyönümlü, zorakılıq tərəfdarı “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyası Nata Peradzeyə qarşı cinayət işinin başlanmasını və onun həbsini tələb edib. Yanvarın 13-də parlament qarşısında keçirilən aksiyada partiya liderləri hədələr səsləndiriblər ki, dövlət Peradzeyə ikonanı “təhqir” etdiyinə görə layiqli cavab verməsə, bunu özləri edəcəklər. Bundan əvvəl “Alt İnfo” üzvləri və tərəfdarları mülki fəalın evinin yanaına axışaraq onun cəzalandırılmasını tələb ediblər. Nata Peradze ailəsi ilə birlikdə yaşamaq üçün müvəqqəti olaraq başqa yerə köçmək məcburiyyətində qalıb.