Bu gün Tbilisidə rus qanununun qəbuluna qarşı və Gürcüstanın Avropaya inteqrasiyasına dəstək aksiyası keçiriləcək. Vətəndaşlar saat 17:00-dan parlament önünə toplaşacaqlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mayın 1-də plenar iclasda rus qanununun ikinci oxunuşu müzakirə olunur. Parlament sədri Şalva Papuaşvili müxalifət deputatlarına açıqlama vermək və sualı bitirmək imkanı vermir, onları zaldan qovur. Müxalifət “Gürcü Arzusu”nu qanunun müzakirəsini dayandırmağa çağırır.
Aprelin 15-dən etibarən hər gün rusqanununa qarşı kütləvi aksiyalar keçirilir. Dünən Daxili İşlər Nazirliyi “Gürcü Arzusu” partiyasının rus qanununu dəstəkləyən deputatlarının parlamenti rahat tərk etmələri üçün dinc etirazçıları dağıdıb.
Vətəndaşlara qarşı bibər qazı, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib ki, Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, DİN-in bunu etmək üçün heç bir əsası olmayıb. Bundan başqa, xüsusi təyinatlılar vətəndaşlara qarşı zorakılıq edib, “Vahid Milli Hərəkat”ın sədri, deputat Levan Xabeişvilini şiddətli şəkildə döyüblər. Aksiya zamanı jurnalistlər də yaralanıb.
Daxili İşlər Nazirliyi xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq bəhanəsi ilə 63 nəfəri inzibati qaydada saxlayıb.