Rus qanununa qarşı çıxan tələbə, 22 yaşlı Leri Darcania Tbilisidəki evinin yaxınlığında pusquya salınaraq hücuma məruz qalıb. Bu barədə məlumatı onun dostları yayıb. Onların sözlərinə görə, hücumda 6-7 nəfər iştirak edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Səhər saat 8-də dostum və mübarizə yoldaşım Leri Darcanianı “Oçneba”nın 7 nəfərə yaxın tituşkası qarşılayıb və ona fiziki təzyiqə göstəriblər. “Gürcü Arzusu” siyasi qisaslara son qoymur. Leri güləşçidir və bilirdilər ki, bir-iki “çaqqal” onun öhdəsindən gələ bilməzdi. Leri yaxşı olacaq, lakin oktyabrın 26-da hər kəs buna sərt cavab alacaq”, - Datuna Danelia deyir.
Leri Darcanianın üzündə və başında xəsarətlər var. O, Qafqaz Tibb Mərkəzinə yerləşdirilib.
“Biz bunu Dito Samxaradzenin [hakim partiyanın deputatı – red.] və “Gürcü Arzusu”nun planlaşdırdığı hücumlarla əlaqələndiririk. Qeyd edək ki, Leri fəallığı ilə seçilmir, siyasi proseslərdə iştirak etmir, lakin tez-tez aksiyalarda olurdu və yəqin ki, bu “Gürcü Arzusu” gənclər təşkilatının nümayəndələrinin diqqətindən yayımayıb.
Leri nə birinci, nə də sonuncudur. Bu cür hücumlar, şübhəsiz ki, təkcə səhnədə olan və ya nümayişləri təşkil edən şəxslərə deyil, nümayişdə olan hər kəsə qarşı davam edəcək. Rus qanununa etiraz edənləri evlərinin yaxınlığında qarşılayacaqlar”, - “Nabiji” tələbə hərəkatının üzvü Luka Çoxonelidze deyir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq aparılır.
İyunun 11-də analoji hücum mülki fəal Zuka Berdzenişviliyə də edilib. Səhər saatlarında evinin yaxınlığında bir neçə nəfər ona hücum edərək sifətinə ağır xəsarətlər yetirib. Hücumdan bir saat əvvəl parlament sədri Şalva Papuaşvili sosial şəbəkədə bəyanat yayıb və orada Zuka Berdzenişvilinin hakim partiya üzvlərinə qarşı “mütəşəkkil və siyasi motivli terror kampaniyasında” iştirak etdiyini yazıb. Papuaşvilinin sözlərinə görə, o, deputatlara zəng edib, onlara hədə-qorxu gəlib və təhqir edib.
İyunun 7-də Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında “Azadlıq Uğrunda” tələbə hərəkatının yaradıcısı, fəal Niko Manaqadzeyə hücum edilib. O, hər şənbə universitetin yaxınlığında baş nazir İrakli Kobaxidzeni qarşılayan və rus qanununa etiraz edən tələbələrdəndir.
Daha əvvəl, “xarici agentlər” haqqında rus qanunun qəbulu ilə eyni vaxtda qanuna qarşı çıxan fəallara və siyasətçilərə – Nodar Çaçanidze, Laşa Qvinianidze, Qiorqi Mumladze, Dimitri Çikovani, Boris Çele Kurua və Qia Caparidzeyə fiziki təzyiq olunub. Daxili İşlər Nazirliyi heç bir hücum faktını araşdırmayıb və heç kəsi məsuliyyətə cəlb etməyib.