Gürcüstan parlamentinin plenar iclası martın 10-u saat 12:00-a təyin edib. Rustaveli prospektində minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarından sonra parlament çoxluğu “xarici təsirin şəffaflığı haqqında” qanunu ikinci oxunuşda müzakirəyə çıxaracaq və rədd edəcək. Plenar iclasdan 15 dəqiqə əvvələ, saat 11:45-ə Büro iclası təyin edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün də parlament binası yaxınlığında on minlərlə insan toplaşıb. Nümayişçilərin əsas tələblərini keçmiş Xalq Müdafiəçisi Nino Lomjaria səsləndirib. O, parlamentin dərhal plenar iclas keçirməsini, burada Rus qanunlarının rəsmən rədd edilməsini və Daxili İşlər Nazirliyinin aksiya zamanı həbs olunan bütün şəxslərin azadlığa buraxılması tələblərini səsləndirib.
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi bu gün hakim partiyanı qanun layihəsini rəsmən rədd etməyə və gürcü və Avropa dəyərlərinə və fundamental azadlıqların qorunmasına uyğun gəlməyən bu tip qanunvericiliyə əməl etməyi dayandırmağa çağırıb.
Parlamentin martın 9-u səhər saatlarında yaydığı məlumatda bildirilir ki, cari həftənin plenar iclasları martın 7-8-də mitinq iştirakçılarının bəzilərinin zorakılıq hərəkətləri nəticəsində parlamentin binasına və infrastrukturuna ziyan dəydiyi üçün təxirə salınıb.
Martın 7-8-də Rus qanununun qəbuluna qarşı Tbilisinin Rustaveli prospektində bir neçə min nəfərin iştirak etdiy etiraz aksiyaları keçirilib. Hər iki aksiya Daxili İşlər Nazirliyi tərəfindən xüsusi təyinatlılar vasitəsilə dağıdılıb. Hökumət dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən kütləvi şəkildə istifadə edib. Xüsusi təyinatlıların əməkdaşları aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər. Martın 8-i, gecə aksiya iştirakçılarını amansızcasına dağıtdıqdan sonra nümayişçilərlə xüsusi təyinatlılar arasında qarşıdurma yaşanıb. Nümayişçilər onların maşınlarına daş atıblar. Parlamentin yaxınlığındakı küçələrdə polis maşınları zədələyərək yandırıb, parlament binasının şüşələri sındırıblar. Daxili İşlər Nazirliyi iki gündə 134 aksiya iştirakçısını həbs edib.
Martın 9-da səhər saatlarında “Gürcü arzusu” qanun layihəsini geri götürəcəyini bəyan edib. Fraksiya sədri Mamuka Mdinaradzenin sözlərinə görə, parlamentin sədri artıq qanun layihələrinin geri götürülməsi ilə bağlı Venesiya Komissiyasına məktub göndərib. Onun sözlərinə görə, qanun layihəsi parlamentin növbəti iclasında ləğv olunacaq və bu siyasi qərarı “heç kim geri ala bilməz”. İkinci qanun layihəsinə gəlincə, Mdinaradzenin dediyi kimi, o, artıq geri götürülüb.
Parlament çoxluğu “xarici agentlər haqqında” qanunu martın 7-də 78 deputatın dəstəyi ilə birinci oxunuşda qəbul edib.