Rusiya hərbi məhkəməsi Ukraynada döyüşən “Milli Gürcü Legionu”nu terror təşkilatı kimi tanıyıb. Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, Legion 2014-cü ildə “Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin himayəsi altında” yaradılıb və “milli əlamətlər” əsasında toplanmış ən böyük silahlı birləşmədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Legionun üzvləri Ukrayna silahlı qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edir, həmçinin Rusiya ərazisində təxribat və terror aktlarının təşkilində, hərbi qulluqçulara işgəncə verilməsində və mülki şəxslərin öldürülməsində iştirak edirlər”, - “FSB”nin bəyanatında deyilir.
Federal Təhlükəsizlik Xidməti qeyd edir ki, bundan sonra legion üzvlərinin “cinayət əməllərinin kvalifikasiyası” terror cinayəti maddələri üzrə də mümkün olacaq.
“Gürcü Legionu” 2014-cü ildə könüllü batalyon kimi yaradılıb və 2016-cı ildən Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olub. Ona Mamuka Mamulaşvili rəhbərlik edir.
Rusiya Mamuka Mamulaşvili üçün beynəlxalq axtarış elan edib. İstintaq komitəsi onu Ukrayna ərazisində silahlı birləşmə yaratmaqda və ona rəhbərlik etməkdə, azı 24 Gürcüstan vətəndaşını “Gürcü Legionu” və digər Ukrayna silahlı birləşmələrinin fəaliyyətinə cəlb etməkdə, habelə nifrət salmaqda ittiham edir. Fevralın sonunda Moskva məhkəməsi Mamuka Mamulaşvili barəsində qətimkan tədbiri olaraq qiyabi həbs qərarı çıxarıb. Rusiya “Gürcü Legionu”nun digər üzvləri üçün də axtarış elan edib.
Dünən, iyunun 13-də Mamuka Mamulaşvili bir neçə ay əvvəl üçüncü dəfə zəhərləndiyini və bununla bağlı Ukrayna hüquq-mühafizə orqanlarının istintaqa başladığını bildirib.
“Ancaq bunu kimin etdiyini tapmaq yəqin ki, olduqca çətin olacaq. Sizə deyə bilərəm ki, bir sıra gürcüləri Rusiyanın göstərişi ilə “Gürcü Legionu”na çağırışçı kimi göndərirlər və çox güman ki, bunu onlar edib. Mən istisna etmirəm ki, bu gün Rusiya ilə əməkdaşlıq edən Gürcüstan hökuməti belə bir iş görmək vəzifəsi olan adamları göndərir”, - Mamulaşvili bildirib.
2023-cü ilin payızında Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Mamuka Mamulaşvilinin adını Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırdığı iddia edilən şəxslər arasında çəkib. DTX bunu təsdiqləyən heç bir sübut təqdim etməyib.