Rusiyada keçmiş “UFC” çempionu Xabib Nurmagomedovun hesabları müsadirə edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya Federal Vergi Xidməti keçmiş “UFC” çempionu, dağıstanlı Xabib Nurmagomedovunn hesablarını müsadirə edib. Medianın məlumatına görə, buna səbəb dövlətə olan 300 milyon rubla yaxın borc olub.

Nurmagomedov iyunun 30-da Almaniyanın Köln şəhərində olub, orada keçmiş portuqaliyalı futbolçu Luiş Fiqo ilə birgə Gürcüstan-İspaniya oyununu izləyib və oyundan sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvilinin oğlu Tsotne İvanişvili ilə görüşüb.

“Xabib Nurmagomedovun borcunun əsasını vergilərin və cərimələrin ödənilməməsi təşkil edib”, - Rusiya Federal Vergi Xidməti bildirib.

Nurmagomedov 2019-2021-ci illər ərzində xaricdən əldə etdiyi gəlirlərə görə vergi ödəməməkdə ittiham olunur. İdmançının özü hələlik bu məlumatı şərh etməyib.

Kaxa Kaladze, Xabib Nurmagomedov və Tsotne İvanişvili / Fotonu Nurmagomedov “İnstagram”da paylaşıb

İyunun sonunda Rusiya təhlükəsizlik orqanları Mahaçqalada Xabib Nurmagomedovun atasının yaratdığı döyüş sənəti məktəbinə daxil olub. Məlum olub ki, iyunun 23-də Dərbənd və Mahaçqalada hücumları təşkil edənlərdən biri olan MMA döyüşçüsü Qacimurad Kaqirov orada məşq edib. Nurmagomedov meneceri vasitəsilə Kaqirovun məktəbdə şagird olmadığını və təxminən bir aya yaxın orada sparrinq etdiyini açıqlayıb.

35 yaşlı Xabib Nurmagomedov ən məşhur UFC döyüşçülərindən biridir. O, karyerasını 2020-ci ilin sonunda mütləq çempion statusu ilə başa vurub. 2021-ci ildə Rusiyanın “Forbes” jurnalı onun illik gəlirini 12 milyon dollar olaraq qiymətləndirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur