Sairmedə “Sairme Mineral Waters” MMC fabrikinin işçilərinin 36 gündür davam edən etiraz aksiyası tətilçilərlə şirkət arasında razılaşma ilə başa çatıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tərəflər razılığa gəliblər ki, işçilərin əməkhaqqı 22,5%, gecə işlədiyi halda 34%, iş vaxtından artıq iş və bayram günlərində işə görə əlavə 25% kompensasiya ödəniləcək. Növbə rəisinin müavinəti 150 lari olacaq, süpürgəçinin maaşı 30% artırılacaq və bu vəzifəyə kadr əlavə olunacaq. 2024-cü ilə qədər kollektiv müqavilə formalaşdırılmalıdır və maaşların illik indeksasiyası baş tutacaq. 1 fevral 2023-cü il tarixində işçilərə verilən yazılı xəbərdarlıqlar və tətil günləri üçün 800 lari məbləğində kompensasiya ləğv ediləcək.
Tətilçilər ixrac üçün hazırlanmış içməli su ilə dolu traylerlərə yol açıblar.
Ağır iş şəraitindən və aşağı maaşdan narazı olan 35 işçi fevralın 13-də şirkətlə uğursuzluqla nətiçələnən vasitəçilik prosesindən sonra tətil elan edib. Tətilçilər maaşların 30% artırılmasını, layiqli və təhlükəsiz iş şəraitinin yaradılmasını, fabrikin normal fəaliyyətinin təmin edilməsini və şirkətin təsisçiləri ilə görüşün keçirilməsini tələb ediblər. Qar və şaxtada etiraz aksiyası 24 saat davam edib.
İşəgötürən tətil edən işçilərə yanvar ayının maaşını köçürməyir və onlardan həmkarlar ittifaqını tərk etmələrini tələb edirdi. Tətildən təxminən iki həftə sonra "Sairme Mineral Waters"ın direktor müavini Levan Kasradze işçilərə ultimatum təqdim edib - şirkət yalnız Giorgi Diasamidzenin iştirak etmədiyi təqdirdə danışıqlara razılaşacaqdı. Kasradzenin fikrincə, tətilçilərin, xüsusən də Diasamidzenin marağı real nəticə əldə etmək deyildi. Fevralın 20-də “Labour” həmkarlar ittifaqı Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edərək şirkət tərəfindən tətil edilən işçilərə həmkarlar ittifaqı üzvlüyünə görə ayrı-seçkilik münasibətinin müəyyən edilməsini tələb edib. Giorgi Diasamidzenin dediyi kimi, ehtimal olunur ki, ayrı-seçkilik faktının araşdırılmasına başlanılıb.
“Sairme Mineral Waters”ın direktoru Rusiya vətəndaşı Yanina Maşkovadır. Şirkətin səhmlərinin 92%-i Rusiya və Gürcüstan vətəndaşı, 1998-ci il təvəllüdlü Yakov Qviçiaya məxsusdur. Qalan 8% də Rusiya vətəndaşları Gia Qviçia və onun həyat yoldaşı Xatuna Qviçiaya məxsusdur. Qia Qviçia həm də "Sairme Mineral Waters" müşahidə şurasının üzvüdür. O, Sankt-Peterburqda böyük iş adamıdır. Leninqrad vilayətində fəaliyyət göstərən “Vıborq Terminal” şirkətinin prezidenti və şirkətin 51% payının sahibidir.