Avropa İttifaqı rus qanununu əleyhinə hərəkətlərə və dinc nümayişçilərə qarşı təzyiqlərə reaksiya verib. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Gürcüstan hakimiyyətini dinc toplaşmaq hüququnu qorumağa çağırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən Gürcüstanda xarici təsir qanununa qarşı dinc nümayiş keçirən etirazçılara qarşı zorakılığı qəti şəkildə pisləyirəm. Gürcüstan Avropa İttifaqına namizəd ölkədir, mən onun hökumətini dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram. Onu yatırmaq üçün gücdən istifadə yolverilməzdir”, - Cozef Borel deyir.
“Azadlıqdan ən çox qorxanların gürcüləri necə azadlıqdan məhrum etdiyini görmək bizim üçün şoka düşürücüdür, lakin biz bilirik ki, gürcülər litvalılar kimi əbədi azaddırlar və azadlıq həmişə çiçəklənir. Biz əsl müstəqilliyin ilk çiçəkləri yaranandan bəri Gürcüstan xalqını dəstəkləmişik. Litvalılar sizin qələbələrinizi alqışladılar, Rusiya sizə hücum edəndə biz sizin tərəfinizdəydik, canınızın və torpağınızın itkisinə ağladıq”, - deyə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib və “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin anti-Qərb mesajlarına da münasibət bildirib.
“İvanişvilinin Gürcüstanın gələcəyi ilə bağlı baxışı məyusedicidir. Gürcüstanın ən yaxın müttəfiqləri, o cümlədən Litva ilə münasibətlərinin qəfil dəyişməsi məni sarsıtdı. Hiss olunur ki, dostumuzu itiririk”.
Avropa Parlamentinin deputatları da aksiyanın dağıdılmasına reaksiya veriblər. Avropa Xalq Partiyası qrupunun üzvü, Litvanın keçmiş baş naziri Andrius Kubilius Rusiya və Belarus rejimləri ilə paralellər aparır. “Putin, Lukaşenko və İvanişvili eyni yolla gedir: əvvəlcə dinc nümayişlərə qarşı qəddar güc, sonra ölkənin demokratik gələcəyinə qarşı diktatura qurmaq. Diktaturanın gələcəyi həmişə eynidir: sanksiyalar, çöküş və tribunal”, - Kubilius deyir.
Litvanın digər Avropa Parlamenti deputatı, keçmiş müdafiə naziri Rasa Yukneviçiane etirazçılara su şırnaqları ilə hücumun videosunu dərc edir və yazır:
“Maskalar çıxarıldı - İvanişvili Gürcüstanın Avropa kursuna qarşı çıxdı, bununla da özünün əsl üzünü göstərdi. O, heç vaxt [Avropa kursunun] tərəfdarı olmayıb. İndi Gürcüstanın gələcəyi üçün həlledici məqamdır. Mən gürcü xalqına inanıram. Onlar Avropa yolunu qoruyacaqlar”.
Viola fon Kramon bildirir ki, “konkret nəticələr” lazımdır. Almaniyalı Avropa Parlamenti deputatı bu nəticələrdə Gürcüstan üzrə Aİ-yə namizəd statusunun ləğvi, Gürcüstan üçün layihənin maliyyələşdirilməsinin dayandırılması, Bidzina İvanişvilinin sanksiya olunması və rus qanununu dəstəkləyən deputatların Aİ-yə səfərinə qadağa qoyulmasını nəzərdə tutur.
“Gürcü Arzusu” aprelin 15-dən Tbilisidə əleyhinə hər gün kütləvi aksiyaların keçirildiyi yenidən irəli sürülən rus qanununun müzakirəsini davam etdirir. Dünən Daxili İşlər Nazirliyi Gürcü Arzusu” partiyasının rus qanunun dəstəkləyən deputatlarının parlamenti rahat tərk etmələri üçün dinc etirazçıları dağıdıb.
Vətəndaşlara qarşı bibər qazı, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib, Xalq Müdafiəçisinin sözlərinə görə, DİN-in heç bir əsası yoxdur. Bundan başqa, xüsusi təyinatlılar vətəndaşlara qarşı zorakılıq edib, “Vahid Milli Hərəkat”ın sədri, deputat Levan Xabeişvilini şiddətli şəkildə döyüblər. Aksiya zamanı jurnalistlər də xəsarət alıb.
Daxili İşlər Nazirliyi xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq bəhanəsi ilə 63 nəfəri inzibati qaydada saxlayıb.