Polis Saqarecoda 14 yaşlı qız, Aytaç Ş-nı qətlə yetirməkdə və qanunsuz olaraq silah gəzdirməkdə təqsirli bilinən 27 yaşlı kişini həbs edib. Təqsirləndirilən şəxs üç gündür ki, axtarılırdı. Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 2009-cu il təvəllüdlü Aytac Ş.-ni ölümcül yaralayıb. Polis cinayət silahını - odlu silahı maddi sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin azyaşlını azadlıqdan qanunsuz şəkildə məhrum etmə, ailə üzvünün qəsdən öldürülməsi və qanunsuz olaraq odlu silah saxlamağı əhatə edən 11 prima 109, 143 və 236-cı maddələrinə əsasən davam etdirilir.
Oktyabrın 6-da Ləmbəli kəndində 14 yaşlı qız qeyri-rəsmi nikahda olduğu “əri” tərəfindən qətlə yetirilib. Aytac Ş-a Dmanisi rayonunun kəndlərindən birindən olub. Saqareconun Ləmbəli kəndində yaşayan bir kişi onunla təxminən iki ay əvvəl evlənərək onunla yaşayıb. Bir çox insan “Gürcüstan Xəbərləri”nə qızın qaçırıldığını təsdiqləsə də, qızın valideynləri və yaxınları polisə şikayət etməyiblər. Qız Dmanisi kəndlərindən birinin ictimai məktəbinin 8-ci sinif şagirdi olub. Aidiyyatı xidmətlərə onun sentyabr ayından, dərslər bərpa olunduqdan sonra dərsə geəlmədiyini məktəb də bildirməyib.
“Uşağımı qaçırıblar, bu, ailənin razılığı ilə olmayıb. Mən ora getmək istəyirdim, amma oğlan mənə dedi ki, bura gəlsən, səni öldürəcəm. İndi görürsünüz nə bəla baş verib. Qızımı geri qayıtmaq istdiyi üçün öldürdü. Qızım danaları gətirməyə tarlaya gedibmiş, bu oğlan orda gizlənib. Qız qaçmağa çalışsa da, onu tutub təpiklə vurub. Sonra onu ağaca bağlayıb döyüb. Döydükdən sonra evə aparıb, qız deyib ki, mənim 14 yaşım var, səni sevmirəm, məni rahat burax, yoxsa 112-yə zəng edəcəm. O, silahı çıxararaq onu öldürüb. Xahiş edirəm ki, qatil ömürlük həbs cəzasına məhkum edilsin”, - qətl edilən azyaşlının anası jurnalistlərə bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Ş-a qarşı məcburi nikah faktı üzrə Kvemo Kartli Polis İdarəsində istintaq davam edir.