Raçada, Şovi kurortunda təbii fəlakət zamanı həlak olanlar arasında ana və qızı, 49 yaşlı Şorena Biçaşvili və 20 yaşlı Mariam Maisuradzenin kimliyi müəyyən edilib. Bu barədə “İnfo Rustavi”yə Şorena Biçaşvilinin əri Davit Maisuradze məlumat verib. Həlak olan şəxslər Rustavidən imişlər. Onlar indiyədək Şorena Biçaşvili və Davit Maisuradzenin oğlu, 24 yaşlı Rati Maisuradzeni axtarırlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qızım və həyat yoldaşımın DNT analizi üst-üstə düşür. Qızımın hər şeyi yerindədir və milyon faiz bilirəm ki, o mənimdir. Beləliklə, mən qızım və həyat yoldaşımı tapmışam. Cəsədlərini təbii ki. Mən oğlumu axtarıram”, - deyə Davit Maisuradze bildirib.
Qutaşvili ailəsinin axtardığı 9 nəfər arasında Şorena Biçaşvili və Mariam Maisuradze də var idi.
Bu gün mövcud olan məlumatlara görə, təbii fəlakət nəticəsində 18 nəfər həlak olub. Ölən 14 nəfərin şəxsiyyəti məlum olub, onların arasında 18 yaşlı Samirə İsayeva, 25 yaşlı Davit Beriaşvili, 7 yaşlı Luka Dudaşvili, 25 yaşlı Meqi Qutaşvili, 18 yaşlı Qiqi Qutaşvili, 49 yaşlı Şorena Biçaşvili, 20 yaşlı Mariam Maisuradze, Qiorqi Karalaşvili, Nino Kençadze, Ukrayna vətəndaşı Alina Polikovska və Rusiya vətəndaşı Kseniya Triçeva da var.
Fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir. Hazırda 15-dən çox adam itkin düşmüş hesab olunur. Onların arasında azyaşlılar da var.
Avqustun 3-də saat 15:15 radələrində Şovi kurort ərazisində təbii proseslər inkişaf edib. Palçıq axını kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3-ü və 4-də helikopterlərlə 210 nəfəri fəlakət zonasından təxliyə edilib.
Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin iki maddəsi - ehtiyatsızlıqdan insan tələfatına səbəb olma və mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma maddəsi ilə araşdırmalara başlayıb.