Soxumi hava limanının ərazisində binaların sökülməsinə başlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İşğal olunmuş Abxaziyada, Soxuminin Babuşara hava limanının ərazisində sərmayəçi rus şirkəti köhnəlmiş binaları sökməyə başlayıb. Qondarma Energetika və Nəqliyyat naziri Cansuğ Nanbanın sözlərinə görə, yaxın vaxtlarda əraziyə tikinti texnikası və işçilər gətiriləcək.

De-fakto prezidentin mətbuat xidmətinin məlumatına görə, qeyd olunan məsələ fevralın 19-da keçirilən işçi iclasda müzakirə olunub. Qondarma Prezident Aslan Bjaniya Cansuğ Nanbaya tikinti işlərinin planını və qrafikini təqdim etməyi tapşırıb.

2023-cü ilin payızında məlum olub ki, Soxumi hava limanını - hava hərəkətini bərpa etmək üçün - Rusiyanın keçmiş daxili işlər naziri və hal-hazıda Təhlükəsizlik Şurasının katibinin birinci müavini olan Rəşid Nurqalievin kiçik oğlunun şirkəti “İnfrastrukturun İnkişafı” MMC bərpa edəcək.

Abxaziyanın de-fakto hökuməti ilə şirkət arasında dövlət-özəl tərəfdaşlıq sazişi imzalanıb, ona əsasən sərmayəçi uzunluğu 3100 metr və eni 45 metr olan uçuş-enmə zolağının yenilənməsini həyata keçirəcək, bundan sonra “müasir Rusiya və xarici təyyarələri qəbul etmək” mümkün olacaq. Həmçinin yeni sərnişin terminalının tikintisi və hava limanının tarixi binasının təmiri də nəzərdə tutulub.

“Yeni hava limanı kompleksinin tutumu saatda 1300 sərnişin olacaq”, - deyə qondarma Abxaziya prezidentin mətbuat xidmətindən bildirilib.

Rusiya və de-fakto Abxaziya hökumətləri arasında “Vladislav Ardzinba adına Soxumi Beynəlxalq Hava Limanı”nın bərpası haqqında qondarma saziş 2023-cü ilin iyununda imzalanıb. Abxaziya tərəfi hava limanını 49 il müddətinə yenidənqurmanı həyata keçirən Rusiya şirkətinə təhvil verməyi öhdəsinə götürüb.

“İnfrastrukturun İnkişafı” MMC (OOO "Инфраструктурное развитие") 10 iyul 2023-cü ildə yaradılıb və Moskvada qeydiyyatdan keçib.

Babuşara hava limanı 1960-cı illərdə açılıb və 1993-cü ildə Abxaziyada davam edən münaqişə nəticəsində bağlanıb. Hava limanı Soxumidən 18 kilometr aralıda, Babuşara kəndində yerləşir. O, Gürcüstanın Aviasiya İdarəsi tərəfindən sertifikatlaşdırılmayıb və ona dörd rəqəmli Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yer kodu təyin edilməyib. Ona görə də Babuşarada beynəlxalq uçuşlar həyata keçirilə bilməz. “ICAO” Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur